80%-də mövcud olan, çox hallarda orqanizmdə gizli qalan bu virus bir gün oyanaraq

80%-də mövcud olan, çox hallarda orqanizmdə gizli qalan bu virus bir gün oyanaraqYer kürəsi əhalisinin 80%-də mövcud olan, çox hallarda orqanizmdə gizli qalan bu virus bir gün oyanaraq insanın ömrünü cəhənnəmə çevirə bilər.
Daha çox üzdə, dodaq kənarında və cinsi orqanlarda uçuqlama, ağrılı səpki ilə büruzə verən herpesin gözlərdə, daxili orqanlarda, başda, burunda olma faizi də çoxdur.
Milli.Az xəbər verir ki, herpesin ağırlıq dərəcəsinə görə 7 növü var. Bu gün tibb herpesi yalnız simptomatik müalicə edir, bu virusu orqanizmdən tam təmizləmək mümkün deyil. Herpes heç də adi dodaq uçuqlaması demək deyil. Onun insanı ölüm həddinə çatdıran daha təhlükəli növləri var.
Herpes ailəsi virusları nəinki insanı, heyvanları və planetin digrə canlılarını da yoluxdurur.
İnsanlar arasında yayılmış 7 tip virusin ən sadəsi I tipdir. Bu herpes ağız və burunun selikli qişasında çıxır. II tip genital nahiyələrdə çıxır. III tip uşaqlarda yayılır və suçiçəyi ilə çıxır. V tip Sitomeqalovirus infeksiyasıdır, daha təhlükəlidir. Ən ağır növü sarkoma, kimfoma kimi bəd törəmələrin yaranmasına səbəb ola bilir.
Herpesin simptomları: dəri və selikli qişanın zədələnməsi, qabarcıqların yaranması, yanma hissi, qızdırma, qaşınma, halsızlıq.
Suçiçəyindən sonra virus oyadıcısı ömürlük olaraq bədəndə qalaraq, immunitet tərəfindən tənzimlənir. Əgər immunitet zəifləsə və virus aktivləşsə, o herpes zosterlə üzə çıxır. Bu, qızılcadan da ağır növdür. Səpkilər kürək və qabırğa nahiyəsində, sinir uclarında çıxır. Onlar ağrılı, qaşıntılı olub, sonrada partlayır. Bu mərhələdə pasiyent ətraf üçün təhlükəlidir, yoluxdura bilər.
Herpesi nə aktivləşdirir:
-İmmunitetin aşağı düşməsi, tez-tez keçirilən xəstəliklır
-Stress, qorxu, əsəb
-Bir sıra kosmetik məhsullar
-Antibiotiklər
İnfeksiyanın aktivliyini azaldan preparatların qəbulu ilkin mərhələdə xəstəliyin daha qısa müddət sürməsini təmin edəcək. Herpesi sağaltmaqdan söhbət gedə bilməz.
Həmçinin virus gözlərin selikli qişasına keçib, onları zədələyə və hətta korluğa səbəb ola bilər. belə olan halda təcili peşəkar həkimə müraciət etmək lazımdır.
Müalicəsi:
Qabarcıq və səpki olan dəri və selikli qişanın tibbi işlənməsi, sterillik, virus əleyhinə dərmanların qəbulu, zədəli nahiyəyə uyğun mazların çəkilməsi.
Herpesə yoluxmamaq üçün viruslu və qızılcalı insanlarla yaxın ünsiyyət və təmasdan qaçmaq, qorunmaq lazımdır. Herpes öpüş, ağız suyu, tüpürcək, intim əlaqə ilə keçir.
Profilaktika məqsədilə ilə immunitetin möhkəmlənməsinə çalışmaq, kəskin soyuq və istidən qorunma, bədənin soyuqlamasına imkan verməmək, xroniki infeksiyaları müalicə etmək, vitamin və mineral ehtiyatı görmək, stressdən uzaq durmaq lazımdır. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 901   Tarix: 28 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

geyim dəbləri sade makiyaj sekilleri hamiləlik elaci buruq sac duzumleri 2026 qoç bürcü payiz geyimleri kosmetika gözəllik maskalar dieta sanamalar orqazm