Abort üçün həblər qadın sağlamlığını məhv edir
Bir çox qadınlar hamiləliyin pozulması üçün istifadə olunan xüsusi həbləri (postinor və s.) tam ziyansız hesab edir və bu vasitədən tez-tez istifadə edirlər. Lakin bu çox təhlükəli yanılmadır.
Belə həblər qadın sağlamlığına çox mənfi təsir edir, ağır qadın xəstəliklərinə, sonsuzluğa, hətta xərçəngə səbəb olur. Bunu Komsomolskaya pravda qəzetinə müsahibəsində rus ginekoloq-reproduktoloq həkim-konsultant Tatyana Zavyalova bildirib.
Bu həblərin tərkibində çox yüksək dozalarda hormonlar (progesteron) var ki, belə preparatların həkimin təyini olmadan, nəzarətsiz qəbulu qadın sağlamlığını sözün əsl mənasında məhv edir.
Alimlərin fikirinə görə, tez-tez istifadə olunduqda (ildə bir neçə dəfə) bu preparatlar menstrual dövrü pozur, güclü qanaxmalara, ağrılara, əndometrioz, miomalar, poliplər, endometriumun (uşaqlığın daxili qişası) hiperplaziyası və s. ciddi pozulmaların inkişafına səbəb olur. Nəzərə almaq lazımdır ki, poliplər və endometriumun hiperplaziyası xərçəngin inkişafı üçün fon yaradır.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin
Bu yaşda ət yemək ömrü uzadır
Nuran yeni layihəsini təqdim etdi
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Evdə stress yaradan 5 şey