Açıq havada koronavirusa yoluxma riski var - Professor danışır

Açıq havada koronavirusa yoluxma riski var - Professor danışırÇirkli hava koronavirusa yoluxmaya imkan verir.
Milli.Az lent.az-a istinadən bildirir ki, bunu Türkiyə Torokal Cəmiyyətinin rəhbəri, professor Həsən Bayram deyib. Onun sözlərinə görə, havada olan çirkli hissəciklər koronavirus daşıyıcısı ola bilər, ona görə də açıq havada da maska ​​taxılmalıdır. Mütəxəssisin sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, qapalı mühitlərdə öskürəndə, yüksək səslə danışanda və güləndə çıxan damlacıqlar ətrafa yayılaraq müəyyən bir müddət havada qalır. Bu istiqamətdə tədqiqatların açıq sahələr üzrə də aparıldığına diqqət çəkən professor qeyd edib ki, havadan toplanan hissəciklərdə müxtəlif göbələklər, bakteriyalar, viruslar və antigenlər tapılıb.
Qeyd olunub ki, 2010-cu ildə Tayvanda aparılan araşdırmada, səhrada toz fırtınaları zamanı hissəciklərdə A qripi virusu olduğu təyin olunub. İtaliyada aparılan bir araşdırmada isə tədqiqatçılar havanı çirkləndirən hissəciklərdə koronavirus aşkarlayıblar.
Bu hissəciklərin xəstəliyə səbəb olduğunun hələ təsdiqlənmədiyini vurğulayan professor deyib ki, alimlər bu yöndə araşdırmaları davam etdirilər. Çünki havadakı hissəciklərdə virusun olması xəstəliyin bu şəkildə yayıla biləcəyi şübhəsini artırır. Virus havadakı hissəciklərdə günəşə məruz qalanda və bir müddət sonra təsirini itirir, ancaq səthlərə yapışa, küləyin təsiri ilə yayıla da bilər. Kimsə 10 dəqiqə ərzində canlılığını itirməmiş həmin hissəciklərlə nəfəs alanda xəstəliyə yoluxa bilər. Xüsusilə insanların çöldə sıx olduğu zaman, əhali çox olan şəhərlərdə, avtobus dayanacaqlarında, küçədə, parklarda bu cür yoluxmaların olması mümkündür.
Mütəxəssis havada yüksək çirklənmə saatlarında çölə çıxmamağı tövsiyə edib. Havada çirkliliyin səhər və axşam saatlarında sıx olduğunu bildirən professor evlərin havasını günorta saatlarında dəyişməyi də tövsiyə edib.
Onun sözlərinə görə, astma, ürək xəstəliyi kimi həssas xroniki xəstəlikləri olanlar, yaşlılar və uşaqlar güclü hava çirkliliyi dövründə açıq havada çox vaxt keçirməməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1355   Tarix: 15 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim seçimi hamilelikde qidalanma makiyaj instagram hakista mantı reseptleri azadqadin dogum cantasinda ne olmalidir kosmetika bayatılar baldıza aid hakışta şəkərbura atalar sözləri dovsan