Açıq havada maska taxmaq ağciyərlərimizin durumuna mane olmur - Həkim-pulmonoloq

Açıq havada maska taxmaq ağciyərlərimizin durumuna mane olmur - Həkim-pulmonoloqKoronavirusa yoluxma sayları artdıqca, asimptomatik, yüngül xəstələrin evdə müalicəsi olunması qərarı alındı. Bu, həm insanların xəstəxana fobiyasını, həm də səhiyyənin yükünü azaltdı.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-pulmonoloq Günay Əliyeva deyib.
O, son zamanlar koronavirus xəstələrinin yaşadıqları yeri tərk etməsi məsələsinə də toxunub: "Bir koronavirus xəstəsinin 20-25 nəfəri yoluxdura biləcəyini düşünsək, o, bir dəfə xüsusilə maskasız çölə çıxarsa, ətrafındakı sağlam insanlar maska taxmasına baxmayaraq, 70 faiz halda onları yoluxdura bilər. Aktiv koronavirus xəstəsinin maska taxması da yoluxma ehtimalını aradan qaldırmır. Hazırkı gündəlik yoluxma sayının 4 mindən çox olmasında, virusun geniş yayılmasında aktiv xəstələrin payı çoxdur. COVID xəstələrinin çölə çıxması birbaşa cinayət məsuliyyətidir.
Bəzi vətəndaşlar qızdırması olan kimi koronavirusdan şübhələnir, lakin test vermək yerinə, heç bir həkim təyinatı olmadan kompüter-tomoqrafiyası (KT) müayinəsindən keçir. Bu, çox yanlış qərardır. KT yetəri qədər informativ və böyük müayinə üsuludur. Bu, PZR qədər zərərsiz deyil. PZR müayinə zamanı burun-boğaz boşluğundan yaxma götürülməsi nəticəsində koronavirusa yoluxub-yoluxmamaq müəyyənləşdirilir. PZR zərərsiz müayinə üsuludur. KT hər gün edəcəyiniz müayinə üsulu deyil. Həmin müayinə üsulu hamilələrə tətbiq olunmur, 20 yaşadək vətəndaşların KT olunması tövsiyə edilmir. Xəstə yoluxduğundan şübhələnirsə, ilk olaraq həkimə müraciət etməli və PZR müayinədən keçməlidir. Əgər PZR testinin nəticəsi neqativdirsə, lakin şikayətləri davam edirsə, o zaman rentgen müayinədən keçə bilər. Rentgen özü yetəri qədər informativ müayinə üsuludur. Rentgen müayinə üsulu ilə pnevmoniyanı çox rahat aşkar etmək mümkündür. Yalnız həkimin müəyyən şübhələri qaldığı zaman, yanaşı hər hansı bir vəziyyətin dəyərləndirilməsi üçün KT müayinəsinə həkim təyinatı ola bilər. Vətəndaş özbaşına müayinəyə getməməlidir. Koronavirusa yoluxan bəzi xəstələrin şikayətləri əsasında rentgen müayinə təyin olunur. Müayinə nəticəsində COVID-19 səbəbli pnevmoniya aşkarlanırsa, ona uyğun müalicə təyin olunur. Müalicə bitdikdən sonra təkrar test verilir. Test neqativ olsa belə, təkrar rentgen çəkilməlidir ki, ciyərlərin vəziyyəti qiymətləndirilsin. Pnevmoniyanın tam sorulması və ya orda qalıq qalması, köməkçi əlavə müalicəyə ehtiyac olub-olmaması müəyyənləşdirilməlidir. Pnevmoniya ağciyər toxumasının zədələnməsi deməkdir. Bu, heç də asan bir diaqnoz deyil".
Həkim-pulmonoloqun sözlərinə görə, ağciyərləri dəyərləndirmək məqsədilə KT zamanı aşkarlanan zədələnmə zonasının faizi xəstənin ağırlığını tam ifadə etmir. İyirmi faiz zədələnmə ilə belə daha ağır klinik göstəricilərə malik xəstələr ola bilər. Onu ağırlaşdıran amillər var. Xəstənin vəziyyəti sadəcə zədələnən sahənin ölçüsünə görə qiymətləndirilməməlidir.
G.Əliyeva açıq havada maska taxmaq məsələsinə də toxunub: "Açıq havada maska taxmaq ciyərlərimizin durumuna mane olmur. Bizim yanımızdan keçən hər bir kəs potensial COVID xəstəsidir. Pandemiya dövründə əksi sübut olunana qədər hər bir hal COVID-19-dur. Bu səbəbdən açıq havada da maska taxmaq məcburi oldu. Maskalar insanları boğmur, bu, psixoloji faktordur. Saturasiyanı yoxlasaq, hər birimizdə maska taxıldığı halda belə 98 faizdir. Maska heç kimə nəfəs almağa mane olmur, sadəcə allergiyası olanlarda hava quruluğu, boğazda qıcıqlanma kimi şikayətlər yarana bilər. Bunu da həmin şəxs tam tək olduğu məkanda su içərək bərpa edə bilər. Bu, maska taxmamaq üçün səbəb deyil, bəhanədir.
Hər zaman deyirik ki, ola bilər peyvənddən sonra da maskaya ehtiyac qalsın. Avropada qapalı məkanda hər kəsin maskataxma məcburiyyəti olan araşdırma aparıblar. Bunun yoluxma sayına ciddi təsiri görünmüşdü. İki insan maska taxırsa yoluxma ehtimalı 1 faiz təşkil edə bilər. Yəni, 100 insandan biri yoluxa bilər. Bu, böyük rəqəmdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1356   Tarix: 06 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

gelinlikler sac duzumleri maskalar vətən haqqında inşa moruğun faydasi qadın sağlamlıq cinsi mövzular kosmetika birlik haqqinda qaynana tanisliq pizza babasil