Acqarına və toxluq şəkərinin norması neçə olmalıdır? - Təhlükəli hədd
Qanda şəkərin miqdarı orqanizmin sağlamlıq vəziyyətinin əsas göstəricisidir. Hazırda diabet ildən ilə ikiqat sürətlə artdığından hər kəs ildə bir neçə dəfə acqarına və yedikdən sonra qanda şəkərini ölçdürməli və rəqəmlərin normadan yuxarı olmasına diqqət yetirməlidir.
Qanda şəkəri özünüz evdə aparatla barmaqdan qanla ölçə bilərvə ya klinikada 2 dəfə: aclıq və toxluq şəkərinin ölçülməsi üçün venadan analiz verməlisiz.
Milli.Az medicina.az-a istinadən bildirir ki, endokrinoloqlar şəkərin normalarını belə qəbul edir.
Normada analiz 3,5 - 5,5 mmol/l olmalıdır.
Qlükometrlərdə bəzən rəqəmlər üçrəqəmli olur. Yəni rəqəm 90-110 arası ola bilər.
Düzgün analiz üçün səhər acqarına - sonuncu yemək və içmək 8-10 saat əvvəldən dayandırılmaq şərtilə verilir. İstər qlükometrlə barmaqdan, istər klinikada venadan. Bu zaman norma 5,5-6,0 mmol olmalıdır. Bundan yuxarı rəqəm artıq diabet və ən yaxşı halda preddiabet deməkdir.
Toxluq - yəni yedikdən sonra şəkər 6,5- 7,5 I keçə bilər. Amma bu da çox yüksək olmamalıdır
Qanda şəkər yüksələndə susuzluq, bel, çanaqda ağrı, damar sıxılması, gərginlik, aşağı təzyiq olur.
Diabeti vaxtında aşkarlamaq üçün ildə 2 dəfə venadan aclıq və toxluq şəkəri, həmlinin insulin dirənçi adlanan analiz verilməlidir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir