Adımı və ailəmi reytinq naminə müzakirə mövzusuna çevirənlər qanunla cavab verəcək
"Səhnəyə qədəm qoyduğum ilk gündən tamaşaçı sevgisini və mətbuatın diqqətini yüksək qiymətləndirmişəm. Bu gün isə aldığım bir qərarı sizinlə bölüşmək istəyirəm. Artıq AzTV və Mədəniyyət kanalı istisna olmaqla, digər televiziya kanallarının verilişlərinə çıxmayacağam".
azxeber.com xəbər verir ki, bunu sosial media paylaşımında Əməkdar artist Mehriban Xanlarova deyib.
Aktrisa artıq bir çox televiziyaların verilişlərinə çıxmayacağını bildirib:
"Əziz tamaşaçılar və hörmətli media nümayəndələri! Səhnəyə qədəm qoyduğum ilk gündən tamaşaçı sevgisini və mətbuatın diqqətini yüksək qiymətləndirmişəm. Bu gün isə aldığım bir qərarı sizinlə bölüşmək istəyirəm. 24.10.2025 tarixindən etibarən Artıq AzTV və Mədəniyyət kanalı istisna olmaqla, digər televiziya kanallarının verilişlərinə çıxmayacağam.
Eyni zamanda, mənim icazəm olmadan adımı və ya ailəmi reytinq naminə müzakirə mövzusuna çevirmək cəhdləri olarsa, bu halın qarşısını almaq üçün birbaşa hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Mənim sənətimi sevən, məni səhnədə görmək istəyən tamaşaçılarımı isə uzun illərdir çalışdığım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qarşılayacağam.
Sayğı və sevgilərlə, Sizin Mehriban Xanlarova"
Aysel










Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın