Adnan Oktar məşhur müğənnini də tələyə salmaq istəyib: 'Dedi ki, sənə albom çıxaracam
Türkiyədə cinayət təşkilatının lideri Adnan Oktar məşhur müğənni Aleyna Tilkini də "kedicik"lərindən biri etmək istəyib.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adnan Oktar Aleyna Tilkini 13 yaşında olarkən tələyə salmağa çalışdığı iddia edilib.
Tələbə yataqxanasının reklamında anasına dəstək olan Aleyna reklam broşürləri paylayarkən "Kedicik" ləqəbli qadınlardan biri ona yaxınlaşaraq "Tilkiyə
albom çıxarmalısan" deyə təklif edib.
Küçədə edilən təklifdən sonra Tilki ilə əlaqə saxlayan şəxs "Sən çox istedadlısan, albom hazırlamalısan" deyərək ona e-mail ünvanını verib.
Anasının diqqətli davranışından sonra Aleyna Tilki Adnan Oktar cinayət təşkilatı ilə əlaqə saxlamaqdan son anda xilas olub.
Qeyd edək ki, cinayət təşkilatının lideri Adnan Oktar və onunla birlikdə olan 176 nəfər 2018-ci ildə həbs edilib. Oktar 8 min 658 il həbs cəzasına məhkum edilib.
Təşkilat rəhbərinin həbsindən sonra "Kedicik" adlı qadınlara qarşı edilən şiddət və təhqirlər bütün çılpaqlığı ilə ortaya çıxıb.
Günel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto