Aerokriopilinq - dərinin soyuq hava ilə müalicəsi

Aerokriopilinq - dərinin soyuq hava ilə müalicəsiKosmetologiyada kriopilinq -üzün soyuq hava ilə təmizlənməsindən həm müalicə məqsədi ilə, həm də kosmetik vasitə kimi istifadə edilir. Hazırda aerokriopilinq gözəllik salonlarında istifadə olunan kosmetik vasitələrindən biridir və günü-gündən daha da geniş yayılır.

Aerokriopilinqin əsasını pilinq - dərinin təmizlənməsi təşkil edir.Fərqli cəhəti odur ki, aerokriopilinqdə mexaniki və kimyəvi pilinq vasitələrindən deyil, soyuq havadan faydalanırlar. Digər müsbət cəhəti dərinin daha az zədəyə məruz qalması və daha çox nəzərəçarpan nəticəsinin olmasıdır.

Aerokriopilinq haqqında ekspertlərin fikirlərini öyrənək:

Aerokriopilinqdə müxtəlif tibbi dərmanlardan donmuş şəkildə istifadə olunur. Hər konkret problem - böyük olmayan çapıqlar, ziyillər, qara nöqtələr, piqment ləkələri və zəif qırışların hər birinə fərdi dərmanlar seçilir. Aerokriopilinqin həyata keçirilməsi nəticəsində dəridəki kiçik nöqsanlardan xilas olmaq olar, bu proses dərini cavanlaşdırır və təravətləndirir. Belə ki, soyuğun təsiri ilə dəridəki maddələr mübadiləsi sürətlənir. Buna görə də aerokriopilinq dərinin digər vasitələrlə təmizlənməsindən daha effektlidir.

Kriopilinqdən istifadə etmək istəyən insan nələrə fikir verməlidir?

Birincisi, dəriyə kifayət qədər aktiv təsir olunduğu üçün o, prosedurdan dərhal sonra iltihablı, qızarmış görünə bilər. Bu vəziyyət 2-3 gün davam edə bilər. Dərinin buynuzlaşmış təbəqədən tam təmizlənməsi üçün 3-6 gün tələb olunur. Bu müddət bitdikdən sonra dəri hamar və parlaq görünür. Öz cədvəlinizdə kriopilinq vaxtını təyin edərkən, bunları nəzərə alın.

İkincisi, artıq bir neçə prosedurdan sonra effekt aydın hiss olunur. Mütəxəssislər 2-3 aerokriopilinq seansından keçməyi məsləhət görürlər.

Aerokriopilinq - dərinin soyuq hava ilə müalicəsi
Üçüncüsü, hiss olunan yaxşı effekti almaq üçün kriopilinqi (digər dəri təmizləmə metodlarında olduğu kimi) pilinqdən sonra dərini sakitləşdirən, faydalı maddələrlə təmin edən başqa prosedur və vasitələrlə əlaqələndirmək lazımdır. Əlavə vasitələr kimi kriomasaj, qidalandırıcı maska və kremlər, dərinizin tipinə uyğun olan digər vasitələrdən faydalanmaq olar. Bunları isə gözəllik salonundakı mütəxxəsisin məsləhəti ilə əldə edə bilərsiniz.

Gözəllik və Moda     Baxılıb: 1753   Tarix: 07 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

turlar.az

makiyaj instagram geyim şəkilləri geyim necə seçməli ulduzların gözəllik sirləri qish geyimleri badimcan murebbesi capiq ucun maz kosmetika efsane hesaplama novruza aid hakışta uşaq şeirləri baliq