Afaq Bəşirqızının adından saxta səhifə açılıb çağırış edildi

Afaq Bəşirqızının adından saxta səhifə açılıb çağırış edildi"Mənim sosial şəbəkədə elə bir səhifəm yoxdur və heç vaxt o cür paylaşımlar etmirəm".
Open.az xəbər verir ki, bu sözləri "Kult.az"a Xalq artisti Afaq Bəşirqızı Feysbukda adına açılan saxta profil və oradan edilən paylaşımlar barədə danışarkən deyib.
A.Bəşirqızı bildirib ki, saxta səhifənin açılmasından xəbərsizdir: "Mənim xəbərim yoxdur, indi sizdən eşidirəm. Hansısa deputatlığa namizədlə bağlı paylaşım da etməmişəm və heç vaxt belə şeylərə qatılmıram, bu kimi şeylərdə iştirak etmirəm. Səhifəni kim açıb, daha sonra kim silib, məlumatsızam".
Xalq artisti bildirib ki, iki ilə yaxındır açdığı şəxsi səhifəsindən başqa sosial şəbəkədə heç bir səhifəsi yoxdur:
"Mənim Feysbuk şəxsi və rəsmi səhifəm "Afaq Bəşirqızı"dır. İki ilə yaxındır ki, o səhifəni açmışam və ondan başqa səhifəm yoxdur. Şəxsi səhifəmdə heç vaxt hansısa deputatla bağlı paylaşım etməmişəm, məlumat paylaşmamışam. O səhifə mənə aid olduğu üçün paylaşımlar da mənə aiddir. Ümumiyyətlə, hansısa deputata vəkillik etmək, onu tərifləmək kimi şeylərdən uzağam".
A.Bəşirqızı deputatlığa namizədlərdən ona dəstək olmaq üçün müraciət edənlərin olduğunu da bildirib:
"Mənə gələn bu kimi təklifləri hər dəfə rədd etmişəm. Mənə elə gəlir ki, millət vəkili özünü xalqın qarşısında doğrultmalıdır. Millət vəkilliyinə iddialı olan şəxsin kiminsə tərifinə ehtiyacı olmamalıdır. Əgər ehtiyac olsaydı, mən onlarla bağlı nə isə söz deyərdim. Ancaq o adamlar özləri buna ehtiyac duymayıblar, özlərinə və xalqın onlara olan etimadına inanırlar".
Bəşirqızı əlavə edib ki, növbəti dəfə onun adından bu kimi səhifə açan şəxslərə qarşı daha sərt addım atacaq:
"Mənim adımdan bu kimi saxta səhifə yaradan şəxslərə səslənərək bildirirəm ki, özlərini yığışdırsınlar. Əgər belə bir hal təkrarlansa, mən o adamın tapılması ilə bağlı müvafiq addım atacaq və o şəxsə qarşı olduqca sərt addımlar atacağam".
Xatırladaq ki, Xalq artisti Afaq Bəşirqızının adından saxta profil açılıb. "Qusi.aliyev.545" nikindən açılan Feysbuk səhifəsində Afaq Bəşirqızının adından deputatlığa namizəd Əziz Ələkbərlinin təbliğat videosu paylaşılıb və onu dəstəkləmək üçün çağırış edilib. /open.az

Şou Biznes     Baxılıb: 1682   Tarix: 31 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

turlar.az

makiyaj instagram sade makiyaj sekilleri sac duzumleri ciyer qovurma dunyanin gozellikleri zire yagi sac ucun xina qoymaq qaydasi kosmetika ariqlamaq babasil faydalı məsləhətlər gozde olar novruz bayramina aid