Ağardıcı üz maskaları

Ağardıcı üz maskaları* 50 qram kəsmiyə bir yumurtanın sarısı və bir-neçə damcı hidrogen peroksid əlavə edilir və qarışdırılır. Hazırlananan maska üz və boyunun dərisinə sürtülür, 20-30 dəqiqə saxlanıldıqdan sonra yuyulur.
* Bir neçə damcı limonun şirəsinə 50 qram bal qatılır və 15 dəqiqə sonra ilıq su ilə yuyulur. Maskanı hazırlayarkən ona az miqdar buğda kəpəyi də əlavə etmək mümkündür. Bu zaman limon şirəsi, yumurta sarısı və buğda kəpəyi qarışdırılır, qatılaşdırılır və üzə sürtülür. Maska quruduqdan sonra soyulub təmizlənir, dəriyə qaymaq sürtülür.
* Südlə hazırlanan ağardıcı maska dərini yumşaq və elastik edir. Maska turşumuş südlə buğda kəpəyinin qarışımından hazırlanır. Südlə mavi gilin qarışımından hazırlanan maska da dəri üçün eyni effekti verir. Maskanı hazırlayarkən süd bədən temperaturuna uyğunlaşdırılmalı, yəni 36*-yə qədər qızdırılmalıdır.
* Cəfəri kökündən hazırlanmış maska dərini ağartmaqla yanaşı həm də qidalandırır. Maskanı hazırlamaq üçün təzə cəfəri kökü yoxdursa, o zaman iri marketlərin ədviyyat bölməsində satılan cəfəri kökünün qurusundan da istifadə etmək olar. 30 qram cəfəri kökü su hamamında dəmlənir və pambıq parça dəmləmədə isladılıb üzə qoyulur. Parça üzdə 20 dəqiqə saxlanılır. Cəfəri kökünü dəmləməyə həvəsiniz olmasa o zaman təzə cəfərini əzib üzünüzə maska edə bilərsiniz.
* Xəmir mayası, limon şirəsi və süddən hazırlanmış qarışım da üzün dərisinin ağarmasına səbəb olur. Maska üz və boyun hissənin dərisinə sürtülür və 20-30 dəqiqə sonra ilıq su ilə yuyulur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1944   Tarix: 18 may 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Su içmək üçün ən doğru vaxtlar

Orqanizmin sağlam fəaliyyəti üçün gün ərzində kifayət qədər və düzgün vaxtlarda su içmək böyük əhəmiyyət daşıyır. qafqazinfo-ya istinadən xəbər verir ki, su istehlakı bədən istiliyinin tənzimlənməsinə, həzm sisteminin işləməsin

.

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc oluna

.

Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir

Sağlam bədən quruluşu və inkişaf üçün lazım olan protein ehtiyacının ödənilməsində bitki mənşəli qidalar ön plana çıxır. Mütəxəssislər yaşıl mərcinin heyvani protein mənbələrinə güclü bir alternativ olduğunu bildirirlər

.

Hovuz suyunun gözlərə zərəri

Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər. axşam.az-a istinadən bildirir ki,  oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığın

.

Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı

Yuxunuzun keyfiyyətinə təsir edən ən mühüm amillərdən biri yataq otağınızın temperaturu ola bilər. Mütəxəssislərə görə, nə çox isti, nə də çox soyuq mühit idealdır; bəs dincəldici bir yuxu üçün otaq temperaturu neçə dərəc

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir". xəbər veri

.

Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda

Modern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemi

turlar.az

yay geyimləri 2026 toy gecesi həkim məsləhəti toyuq buglamasi kisi ve qadin intim munasibetleri uze qulluq maskalari uşaqları tərbiyə kosmetika brusell bakteriyası atalar sozu geyim novruz bayramına aid hakıştalar kahfe falı