Ağciyərləri siqaretin zərərlərindən necə xilas etməli

Ağciyərləri siqaretin zərərlərindən necə xilas etməliSiqaret çəkən adamların ağciyərləri ən çox zərər görən orqan sayılır. Bu səbəbdən də siqaret çəkənlərdə daima öskürmə olur. Onlar vaxtlı-vaxtsız, səhər-axşam hətta gecə yarısı da məcburən öskürürlər. Bu onların bronxlarının zədələnməsinin əlamətidir. Siqaret çəkdikdən sonra bronxlar və ağciyərləri oraya daxil olan zəhərli maddələr zədələyir. Bu zaman həmin bölgələrdə iltihabi proseslər gedir və bu proses uzun müddət davam etdikdə iltihab ocaqlar yaranmağa başlayır. İltihabi ocaqlar yarandıqda siqaret çəkənlərdə əzabverici öskürək meydana çıxır və siqaretçəkən adam öskürərək bəlğəmi xaric etrməyə çalışır. Lakin proses daha da dərinləşir və bəlğəm ağciyər köklərində yer alır. Bu zaman mütləq həkimin müdaxiləsi lazımdır.
Ağciyərləri siqaretin zəhərlənmələrindən təmizləməyin bir çox üsulları vardır. Bunlardan bir-neçəsini sizlərə təqdim edirik.
1. Orqanizmin kompleks şəkildə təmizlənməsi. Buraya ilk növbədə siqareti tərgitmək və mədə-bağırsağı, böyrəkləri yumaq, qan-damar sistemini xəstəxana şəraitində təmizlənməsi daxildir.
2. Bu zaman siqaret çəkməmək şərti ilə təmiz havada çox olmaq, siqaret çəkənlərdən uzaq durmaq və hətta mümkünsə belələrindən uzaq yaşamaq lazımdır.
3. Həkimin məsləhət etdiyi dərman vasıtələri ilə siqareti tərgitmək.
4. Siqareti tərgitmək istəyənlər üçün kurslara qatılmaq və bu vasitə ilə siqaretdən uzaq olmaq.
5. Xalq təbabəti vasitələri ilə siqareti tərgitmək. Məsələn, hər otağa dəfnə yarpağı qoymaq və gün də 3 dəfə dəmləməsini içmək. Orqanizmi möhkəmləndirən vasitələrdən istifadə etmək. Məsələn, bal və limonlu çay içmək.
6. Nəfəs yollarının gimnastikası. Bu zaman gündə 2 dəfə hər dəfə 30 dərin nəfəs alıb vermək lazımdır. Bu gimnastika üsulu ağciyərlərin həcmini genişləndirir və oraya havanın axınını təmin edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1384   Tarix: 22 sentyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

yay kolleksiyasi gözəllik məhsulları hamilelikde qidalanma balqabaq tumu xiyar tursusunun hazirlanmasi qaydasi uz derisine qulluq maskalari küftələr kosmetika sağlıq badambura masqalar efsane vətənə aid atalar sözləri