Ağciyərlərimizin sağlamlığı ilə bağlı MÜHÜM QAYDA
Həkim Aleksandr Myasnikov ağciyərlərin sağlamlığı üçün nəfəs məşqləri etməyi məsləhət görüb.
Bu barədə kardioloq və məşhur teleaparıcı "Rossiya 1" kanalında "Əsas məsələ barədə" ("О самом главном") verilişinin efirində danışıb.
Ağciyərlərin sağlamlığının yaxşılaşdırılması ilə bağlı məsləhətlər verən həkimin sözlərinə görə, ilk növbədə qamətiniz düz olmalıdır. Myasnikov bildirib ki, insan əyilirsə, o zaman sinəsi daralır və nəticədə ağciyərlər sinə içində sıxılır və tam düzləşə bilmir.
Myasnikov hesab edir ki, artıq çəkilərdən xilas olmaq da ağciyər sağlamlığını yaxşılaşdırmağın başqa bir yolu ola bilər.
Həkim izah edib ki, artıq çəkisi olan insan tam nəfəs ala bilmir, ona görə də ağciyərin tutumu zamanla azalır. Və bu, müxtəlif tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər.
Həkim nəfəs məşqlərinin faydalarından da danışıb. O, vurğulayıb ki, internetdə tənəffüs əzələlərini gücləndirən çoxlu məşqlər tapmaq olar.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi