Ağıl zəifliyi - Demensiya

Ağıl zəifliyi - DemensiyaDemensiya insan təfəkkürünün və intellektinin çatışmazlığıdır. Bu çatışmazlıq beyinin müxtəlif zədələnmələri səbəbdən baş verə bilir. Bu səbəblərə aiddir:
- beyinin iltihabi xəstəlikləri
- müxtəlif travmalar
- toksiki zəhərlənmələr və s.
Demensiyanın əmələ gəlməsi yerli və proqressiv edilmiş olaraq baş verə bilir. Yerli olaraq demensiyanın baş verməsinə beyində əmələ gələn müxtəlif xəstəliklər səbəb ola bilir. Bu xəstəliklərə meningit, ensefalit, ağır kəllə-beyin travmaları və müxtəlif dərman və digər maddələr səbəbli zəhərlənmələr aiddir. Proqressiyaedici demensiya zamanı isə ağıl zəifliyi bəzi xəstəliklərin əlaməti kimi meydana çıxır (Alsheymer, Qeller demendiyası xəstəlikləri, dağınıq skleroz və s.).
Demensiya beyin mərkəzlərinin zədələnməsi səbəblə baş verir. Xəstəliyin əlamətləri zədələnmə ocağının az və ya çox olduğundan asılı olaraq dəyişir. Demensiya zamanı beyin öz fəaliyyətini normal həyata keçirə bilmir. Bu zaman xəstələrdə fikiryürütmə qabiliyyəti zəifləyir, emosiyalar zəif inkişaf edir və onlar ətraf mühitə qarşı ləng reaksiya verirlər. Onların intellekti, yaddaşı, diqqəti, psixi aktivliyi zəif olur. Belə xəstələr baş verəcək hadisə barədə fikir yürüdə bilmirlər.
Demensiya uşaqlarda baş verdikdə onların qavrayışı zəifləyir, nitqində qüsurlar meydana çıxır. Belə uşaqlar özlərinə normal qulluq edə bilmirlər. Onları qidalanması və bütün həyat fəaliyyətləri mütləq nəzarət altında olmalıdır.
Demensiya anadangəlmə olduqda uşaqlara diaqnozu həyatlarının bir-neçə aylığında qoymaq olur. Çünki demensiyalı körpələr səsi və ətrafda baş verənləri ləng qavradıqlarına görə öz valideyinlərinə də yad insana bəslədikləri reaksiyaları verirlər.
Xəstəliyin müalicəsi onun ağırlıq dərəcəsindən və onu əmələ gətirən səbəbdən asılı olaraq aparılır. Bu zaman beyin sinir hüceyrələrinin fəaliyyətini artıran, beyin qan dövranını yaxşılaşdıran preparatlardan və müxtəlif psixoloji-pedoqoji müalicə üsullarından istifadə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1188   Tarix: 01 noyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

kosmetik vasiteler yay kolleksiyasi hamiləlik ekzema xəstəliyi hüquqşünas hamiləlikdən sonra dirnaq maskalari kosmetika birlik öpüşme sevgi vidyolar irem derici