Ağır qaraciyər xəstəliklərinin əsas səbəbi - Hepatit C, B və D virusları

Ağır qaraciyər xəstəliklərinin əsas səbəbi - Hepatit C, B və D viruslarıHepatit virusları bu günə qədər əsas ictimai sağlamlıq problemlərindən biri olub, milyonlarla insana təsir etmişdir. Dünyada yalnız hepatit C-dən 71 milyon insanın əziyyət çəkdiyi hesablanmışdır və hər il bunların 399 000-i ölümlə nəticələnir.
Hepatit C
Hepatit C qaraciyər xəstəliyi olub Hepatit C Virusu (HCV) nəticəsində yaranır. Hepatit C-nin kəskin və xroniki halları olub, şiddəti bir-iki həftəlik yüngül xəstəliklə ömürlük ağır xəstəlik arasında dəyişir.
Xəstəliyin şiddətindən asılı olaraq 95%-i antiviral dərmanlar vasitəsi ilə müalicə edilə bilir. HCV qan vasitəsilə yoluxur. Yoluxma səbəbləri:
- Steril olmayan və ya işlənmiş inyeksiya və gigiyena vasitələrinin istifadəsi.
- Yoxlanılmamış qanın köçürülməsi.
- HCV daşıyan qanla birbaşa təmas.
Bunlardan başqa HCV qorunmasız cinsi əlaqə və HCV daşıyan hamilə qadından övladına keçə bilər ancaq, bu cür yoluxmalara çox az rast gəlinir.
HCV nin inkubasiya dövrü 2 həftə - 6ay arasında olub. İlk başlarda 80% insanda heç bir simptom göstərmir. İrəliləyən dövrlərdə isə yorğunluq, qızdırma, halsızlıq, əzələ və oynaq ağrıları, qarın ağrısı, iştahsızlıq, qusma və tünd rəngli sidik kimi spesifik olmayan simptomlar göstərə bilər. Müalicə olunmadığı təqdirdə HCV, sirroz və ya qaraciyər xərçənginə səbəb ola bilir.
HCV-nin təyini bir çox üsulla həyata keçirilir. Bu üsullar keyfiyyət (-/+) və kəmiyyəti (HCV sayı) göstərir. HCV keyfiyyət və kəmiyyətinin ən dəqiq diaqnoz metodu "Real Time PCR" metodu hesab olunur. Bu metodla Hepatit C virusunun hər millilitrə düşən sayı hesablanır.
Real time PCR nəticəsindən sonra "HCV genotipləmə", müalicə üsulunun seçilməsi üçün tövsiyə olunur. HCV genotipləmə əsasında virusun növü aşkar edilir. HCV-nin 6 əsas genotipi vardır və bu genotiplərin sub-tipləri mövcuddur. Adətən infeksiyaya yoluxmuş insanda 1 dominant genotip müəyyən edilir, ancaq bir neçə genotipin eyni anda infeksiyasıda mümkündür.
Hepatit C virusu zülal kapsulla əhatə edilmiş tək iplikli RNT-dən ibarətdir. Qanda dövr edən HCV  qaraciyərdən keçərkən qaraciyərin hüceyrələrinə daxil olur və özlərini kopyalamaq üçün bu hüceyrələrdən istifadə edirlər. Kopyalama zamanı RNT xüsusi enzim vasitəsi ilə zülallara çevrilir və yeni RNT lərin sintezində rol oynayır. Bu kompleks çoxalma yöntəmi virusda bir çox mutasiyalara yol açaraq yeni HCV variasiyalarını yaradır. Məhs buna görə də HCV üçün effektiv vaksin hələ də mümkünsüzdür.
Hepatit B
Hepatit B də qaraciyər xəstəliyi olub, Hepatit B Virusunun infeksiyası nəticəsində yaranır. İnfeksiya müalicə edilmədikdə ölümcül ola bilir. Eyni HCV kimi HBV də qaraciyərdə sirroza və xərçəngə səbəb ola bilir. İnfeksiya 5 yaşına kimi uşaqlarda tapıldıqda xronik hala keçmə ehtimalı 95% olduğu halda yetkin insanlarda xronik hala keçmə ehtimalı 5%-dir. İnfeksiyanın ən çox yayıldığı bölgələrdə ötürülmə əsasən anadan övlada keçir. Digər yoluxma şərtləri HCV ilə eynidir.
İnfeksiya ilk həftələrdə heç bir simptom göstərmir və irəliləyən zamanlarda HCV də olduğu kimi qeyri-spesifik simptomlar göstərir.
HBV-nin inkubasiya dövrü 30- 180 gün arasında dəyişə bilir.  HCV dən fərqli olaraq, HBV DNT virusudur,  yəni zülal kapsidin içində RNT yox DNT vardır.
Əlverişli şəraitdə (qaraciyərin hüceyrələrinə daxil olduqda) bu DNT birbaşa kapsid zülallarının sintezində rol oynayır. HCV-yə nəzərən HBV-nin  çoxalmasında daha dözümlü olan DNT iştirak etdiyinə görə bu proses zamanı mutasiyaya daha az məruz qalır və elə buna görədə HBV üçün effektiv vaksin vardır.
Hepatit B virusunun da Real Time PCR metodu ile keyfiyyət və kəmiyyət analizi edilə bilər. Hepatit B virusunun qarşısını almaq üçün vasitə vaksindir.
Hepatit D
Hepatit D virusu sadəcə HBV virusi ilə birlikdə görülür. HDV-nin digər viruslardan fərqli olaraq çoxalmaq üçün HBV yə ehtiyacı vardır.
HBV-yə yoluxmuş xəstə HDV-yə yoluxarsa, bu növ infeksiya super-infeksiya adlanır. HDV super-infeksiyası zamanı, HDV çoxalaraq HBV-ni ötə bilər. Bu virusun varlığı HBV-nin effektini (sirroz, qaraciyər xərçəngi) sürətləndirir.
HBV-HDV ko-infeksiyası xroniki hepatitin ən şiddətli halı hesab edilir. HDV RNT virusu olub zülal kapsulu ilə əhatə edilmis tək iplikli RNT-dən ibarətdir. HDV çoxalarkən məhz bu zülal kapsulunun sintezi üçün HBV-yə ehtiyac duyur. Ona görə də HBV-yə qarşı vaksin HDV üçündə keçərlidir və hal-hazırda HDV-nin qarşısını almaq üçün yeganə metod sayılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1607   Tarix: 17 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

reseptler kosmetika mehsullari geyim seçimi ariqlamaq ucun kofe heyvanlar piroq reseptləri kontrasepsiya və abort kosmetika hekaye janri şəkərbura qiz adlari veten haqqinda atalar sozleri faydalı məsləhətlər