Ağız qoxusunun geniş ampulada izahı və aradan qaldırılması

Ağız qoxusunun geniş ampulada izahı və aradan qaldırılmasıAğız və diş, o cümlədən şəkər kimi bütün orqanizmə təsir edən xəstəliklər, burun xəstəlikləri və nəfəs çatışmazlığı da pis ağız qoxusunun yaranma səbəblərindəndir. Ağız qoxusu ətrafdakıları narahat etdiyi üçün insanlar həmin qoxunu yayandan iyrənirlər və ondan uzaqlaşmağa çalışırlar. Bu da nəticə etibarilə pis qoxulu insanda kompleks əmələ gətirir. Bu, həmçinin ailə və iş həyatında da sosial və psixoloji problemlərə yol açır.

Bildiyimiz kimi, yemək və içməklə əlaqədar bütün fəaliyyətləri bitirdikdən və yatmazdan qabaq dişlərə qulluq vacibdir.
Fırçalama xaricində, spirtsiz ağız qarqaralarını istifadə etmək də qoxunun qarşısını almağı təmin edir.

Ağız qoxusuna qarşı səhər oyandıqda sink kimi maddələrlə də yatmazdan əvvəl dişləri fırçalamaq olar.
Ancaq bunu etmənizə baxmayaraq yenə də ağız qoxusu meydana gəlirsə bitki olaraq adaçayı qarqarası və qarqara sonrasında bir neçə təzə cəfəri çeynəmək ağız qoxusuna qarşı təsirlidir.

Ağız qoxusuna səbəb olan qidalara üstünlük etdikdən sonra bir az cəfəri yemək pis ağız qoxusunu azaldır.

Ağız gigiyenasını qorumaq üçün dişlərlə yanaşı, mütləq dil təmizliyinə də riayət etmək lazımdır.
Dilin üzərində, xüsusilə, dil kürəyinin arxa bölgələrində ibarət olan bakteriyalar ağız qoxusuna səbəb ola bilir.
Bu bakteriyaların xüsusi olaraq hazırlanmış dil fırçaları ilə, ya da bəzi diş fırçalarının arxasında olan xüsusi dil təmizləmə aparatları ilə təmizləmək olar.

Pis ağız qoxusu ağızdakı bakteriyaların hidrogen-sulfid ehtiva edən qalıqlarından əmələ gəlir. Ağız sağlamlığına fikir verməyən şəxslərdə bu cür bakteriyaların sayı daha da artır. Olduqca kələ-kötür səthə malik olan dil bakteriyaların yaşaması üçün əlverişlidir. Diş səthi, diş əti və dil təmizlənmədikdə bakteriyaların yaşaması üçün əlverişli şərait yaranır. Həmçinin diş əti həssas olan insanların ağzında təmizlənməsi qeyri-mümkün olan yerlər mövcuddur. Belə hallarda ağızda pis qoxunun yaranması qaçılmaz olur.

Ağız qoxusu (halitoz) nəfəsdə pis bir qoxunun hiss edilməsidir. Bu pis qoxu, ümumiyyətlə, ağızın içindən gəlməsinə baxmayaraq, diş və ağızdan qaynaqlanmaya da bilər. Ağız və diş düzgün təmizlənmədikdə, pis qoxunun gəlməsi labüddür.

Ağız qoxusuna səbəb olan amillər
Ağız qoxusu fizioloji və pataloji olaraq iki yerə bölünür.
Fizioloji ağız qoxusu - sağlam olan hər bir insanın yuxudan oyandığı zaman ağzında hiss etdiyi və həzm borusunda yığılıb qalan qazların, eləcə də dilin üstündə yaranan bakteriyaların səbəb olduğu qoxudur. Bunun müalicəsinə ehtiyac yoxdur.
Pataloji ağız qoxusu - ağızın içində və çölündə meydana gələ bilər. Ağız qoxusunun səbəblərinin 85-90 faizi ağız içində əmələ gəlir və bunu ilk müayinədə ortaya çıxarmaq mümkündür. Bu səbəbləri belə sıralamaq olar: ağız təmizliyinin gecikməsi; ağız içi infeksiyalar; diş əti xəstəliyi; çürük dişlər; ağız xərçəngi; ağız quruluğu; allergiya; səhv hazırlanmış protezlər; tüpürcəyin biokimyəvi quruluşunun pozulması və s.Ağız xaricindəki səbəblərdən qoxunun meydana gəlmə ehtimalı isə 10-15 faizdir. Bunların 5 faizi qulaq-burun-boğaz, 4 faizi həm ağız, həm də qulaq-burun-boğaz, 1 faizi isə qida borusu ilə əlaqədardır.

Ən çox rastlaşdığımız səbəblər bunlardır: alt və üst nəfəs çatışmazlığı xəstəliyi; qulaq-burun-boğaz infeksiyaları; həzmlə əlaqədar olan xəstəliklər; qaraciyər çatışmazlığı; xroniki böyrək çatışmazlığı; diabet (şəkər xəstəliyi); psixoloji problemlər (depressiya, psixi xəstələr kimi); qan xəstəlikləri; spirtli içkilər, siqaret və bəzi qidalar...
Ağız qoxusu müalicəsində ilk addım qoxunun səbəbinin müəyyənləşdirilməsidir. Boğaz əti, vəzi və sinusit kimi xəstəliklərin səbəb olduğu ağız qoxuları üçün tibbi və ya cərrahiyyə yolu ilə müalicə edilməkdədir. Qoxuya səbəb olan digər orqanlarla bağlı xəstəliklərin (qaraciyər, mədə, böyrək) müalicəsi sayəsində də ağız qoxusu aradan qaldırılır. Ağız içində meydana gələn qoxuların 90 faizi müvəffəqiyyətlə müalicə edilə bilər. Müalicənin əsasında isə normal ağız-diş təmizliyi yatır. Diş çürükləri və diş əti xəstəlikləri pis ağız qoxusuna yol açan mühüm səbəblərdir.
Ağızdakı bir infeksiya bakteriyaların artmasına və daima ağız qoxusuna səbəb olur. Ona görə də diş və diş əti xəstəlikləri müalicə edilməli, ağızdakı protezlər və "plomb"lar nəzərdən keçirilməlidir.

Sağlamlıq     Baxılıb: 3343   Tarix: 10 avqust 2015
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

turlar.az

geyim və ayaqqabılar geyim seçimi geyim şəkilləri uzun saclarin yigilmasi zirincin faydaları ciyer qovurma murebbelerin hazirlanmasi kosmetika kahfe falı qiz evi toyuq salati englishdilində qulaq olumu