Ağrı yoluxucudur – ARAŞDIRMA

Ağrı yoluxucudur – ARAŞDIRMAUydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun. psychol.) jurnalında dərc edilmiş təcrübə ortaya çıxarıb.
Qeyri-effektiv dərman qəbul edərkən və ya prosedurlardan keçərkən özünütəlqin həqiqi yaxşılaşmaya səbəb ola bilər - bu plasebo effekti kimi tanınır. Lakin əks fenomen də mövcuddur: nosebo effekti. Bu halda insan terapiya səbəbindən vəziyyətinin pisləşməsi ilə qarşılaşa bilər. Yeni araşdırmada bu, kəmiyyətcə qiymətləndirilib.
Yeni təcrübədə sınananlara ağrıları artıra biləcək bir prosedurdan keçəcəkləri bildirilib. Dəriyə bitişik vəziyyətdə qızdırılan plitəsi olan qurğu ilə qrup "terapiyası" keçirilib: prosedur bir iştirakçıda aparılarkən, digəri onu müşahidə edib. Elm adamları boşqabın temperaturunu gizlincə artıraraq proseduru ilk şəxs üçün ağrılı edib.
Sonra prosedur digər iştirakçılara növbə ilə həyata keçirilib, hər biri əvvəlcə müşahidəçi, daha sonra isə nümayişçi olub. Plitənin qızması yalnız birinci pasiyent üçün artırılıb. Lakin plitələri qaynar olmayan iştirakçılar da prosedur zamanı ağrıları bildiriblər. Bu o deməkdir ki, onlardan yalnız birincisinin həqiqətən ağrılı prosedurdan keçməsinə baxmayaraq, ağrı ilk nümayişçidən sonuncuya qədər zəncirvari çəkildə ötürülüb.
Nəticələr onu göstərir ki, müalicə prosedurunda başqa bir insanın ağrısını müşahidə etmək müşahidəçi üçün narahatlıqla sonuclana bilər.
Alimlər nümayişçilərin və müşahidəçilərin fizioloji reaksiyasını da qeydə alıblar. Bunun üçün onlar barmaqlarının ucunda olan tər vəzilərinin fəaliyyətini, eləcə də üz əzələlərinin gərginliyini dəyərləndiriblər. Göstəricilər iştirakçıların uydurma prosedurda ağrı duyduğunu təsdiqləyib. Bundan başqa, iştirakçıların fizioloji reaksiyaları nə qədər oxşardırsa, onların ağrı haqqında şəxsi qiymətləndirmələri də bir o qədər yaxın idi.
"Bu o deməkdir ki, nosebo effekti təkcə psixoloji deyil, həm də bədəndə ağrı hissinə təsir edən real dəyişikliklərə səbəb ola bilər", - müəlliflər vurğulayıblar.
Araşdırmaçılar əlavə ediblər ki, ənənəvi olaraq müalicə zamanı sosial qrup dəstəyi yararlı olsa da, yeni əldə olunmuş məlumatlar başqalarının mənfi təcrübələrinə məruz qalmağın ağrıları daha da pisləşdirə biləcəyinə dəlalət edir. Bunu sübut etmək üçün daha çox araşdırmaya ehtiyac var. Ağrılı müalicədən öncə gözləntilər və faktiki hisslər arasındakı əlaqəni öyrənməyə daha çox diqqət yetirmək də vacibdir.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1118   Tarix: 06 may 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

kosmetik vasiteler sac duzumleri yay geyimləri 2026 qaragatin faydasi hicab baglama qaydasi varikosel sizanaqlara qarsi uz maskalari kosmetika usaq seirleri gulmeli hakista statuslar bahar