AİLƏ Ailə büdcəsi Pula necə qənaət edək? – EKSPERTLƏRDƏN MƏSLƏHƏT aile budcesi PULA NECƏ QƏNAƏT EDƏK? – EKSPERTLƏRDƏN MƏSLƏHƏT

AİLƏ Ailə büdcəsi Pula necə qənaət edək? – EKSPERTLƏRDƏN MƏSLƏHƏT aile budcesi PULA NECƏ QƏNAƏT EDƏK? – EKSPERTLƏRDƏN MƏSLƏHƏTDünyada baş verən iqtisadi böhran insanları büdcələrinə necə qənaət edəcəkləri haqda düşündürür. Gəlirlərin sabit qaldığı lakin, ərzaq və komunal xidmətdə olan qiymət artımı insanların nələrə qənaət edə biləcəklərini düşünməyə məcbur edir. İlk olaraq xidmət sektoruna xərclənən vəsaitə qənaətdən başlanılır. Bundan başqa, aylıq xərcləri planlı şəkildə tərtib edilməsi də qənaətin yollarından biridir.

Mövzu ilə bağlı ekspertler də öz məsləhətlərini bildirib.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, qənaət etmək çox vacib məsələdir:

"İlk növbədə daha vacib xərclər ödənilməlidir".

İqtisadçınin fikirincə, aşağı gəlirli vətəndaşlar üçün qənaət etmək imkanı olduqca məhduddur. Qənaət daha çox orta gəlirli insanlara aiddir.

V.Bayramovun sözlərinə görə, qənaətin həm də psixoloji əhəmiyyəti var:

"Xərclərə fəqli yanaşma ortaya qoyulmalıdır. Böyük Britaniya təcrübəsi göstərir ki, qənaət üçün ailə büdcəsinin planlaşdırılması vacibdir. Hər bir ailə büdcəsinin planlaşdırılmasını aparmalıdır. Belə halda xərclərin istiqamətləri, nələrə qanaətin edilməsinin mümkünlüyü ortaya çıxır".

Ekspert qeyd edir ki, bunun həm də psixoloji əhəmiyyəti var :

"Minimum istehlak səbətinə uyğun ərzaqlar alınmalıdır. Qənaət etmək istəyən şəxs restoranlarda, kafelərdə deyil, evdə nahar etməlidir. Evdə yemək bişirilməsi qənaətə imkan verir. Geyim xərclərinə qənaət olunmalıdır. Geyim məhsulları uzun müddət istifadə edilə bilər".

V. Bayramov qənaət rejimində minimum istehlak səbətindən az qidalanmaya yol verilməməsini də vurğulayıb:

"Təhsil, səhiyyə xərcləri bu sıradandır. Yalnız vacib olan xərclərin reallaşması daha önəmlidir. Bunun reallaşması hesabına pula qənaət etmək mümkün olacaq".

İqtisadçı-ekspert Qubad İbadoğlu ailə büdcəsinə qənaət etməklə bağlı bir neçə qızıl qayda olduğunu deyib və bu sahədə ən yaxşı üsulun ailə xəzinəsi olduğunu söyləyib:

"Ailə üzvləri xəzinəyə eyni vəsait qoyur. Bu, ailənin ümumi xərclərinə yönəldilir. Əsas məqsəd ay ərzində xərcləri həmin məbləğə uyğunlaşdırmaqdır. Yerdə qalan pullar ailə üzvlərinin şəxsi büdcələrini təşkil edir".

Q.İbadoğlunun söylədiyi "qənaət məsləhətləri"nin 6 qızıl qaydası bunlardır:

1. Mağazaya heç vaxt ac getməyin, yoxsa kassaya yaxınlaşanda səbətinizdə lazımsız və bahalı ərzaqlar görəcəksiz.

2. Maaş alan gün heç bir alış-veriş etməyin. Belə günlər insan lazımsız xərcləmələr edir.

3. Qarderobda qənaət etmək üçün çoxfunksiyalı geyimlərə üstünlük verin.

4. Küçədə yolüstü xırda-xuruş almaq büdcə üçün dağıdıcı vərdişdir. Bu vərdişi tərgitmək üçün yanınızda az pul gəzdirməniz lazımdır.

5. Büdcə çərçivəsindən çıxmaq istəmirsinizsə, əlinizdə pula növbəti dəfə artıq bir şey almaq həvəsi yaranıbsa, bunun nə qədər vacib olduğunu düşünün. Belə olan halda, özünüzə söz verin ki, bunu bir az gec, 3-4 günə edəcəksiniz. Bu dövr ərzində ehtiraslar səngiyəcək.

6. Bahalı kreditlər kasıblar üçün deyil. Odur ki, gündəlik xərclər üçün borca girmək lazım deyil. Yalnız iri alış-veriş edən zaman borc barəsində fikirləşməyə dəyər.

7. Maşın almaq, biznes qurmaq, təhsili davam etmək üçün və s. Hər ay kənara müəyyən məbləğ qoymaq yolu ilə ilkin məbləği toplamaq mümkündür".

Ekspertin məsləhətinə görə, gündəlik xərclərinə nəzarət edə bilməyənlər, aylıq olaraq qida, yol və xırda xərcləri öncədən müəyyənləşdirsin. Buna əməl olunduğu halda, həmin məbləğdən az hallarda kənara çıxılır.

XANIM.AZ

Ailə və Uşaq     Baxılıb: 2060   Tarix: 26 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi aksessuarlar dirnaqlar ucun maska gavalının faydaları yataqda seks soyuqdəymə kosmetika tanisliq gulmeli hakista yuxuda qara ilan gormek pizza xerceng