Ailə münasibətlərini necə qorumalı?

Ailə münasibətlərini necə qorumalı?Qari Çapman ABŞ-da insan münasibətləri üzrə mütəxəssis və Bibliyanın mahir bilicilərindən sayılır. Onun ailə və insan münasibətlərindən bəhs edən, 1992-ci ildə qələmə aldığı "Beş sevgi dili" kitabı 5 milyon tirajla satılmış, 38 dilə çevrilmişdir. Kitabdan seçmə hissələr:

Siz sevgilinizlə oturub danışmaq istəyirsiniz, amma o sizə çiçək göndərir. Siz ev yeməyi yemək istəyirsiniz, amma o sizə sarılaraq doyur. Problem sevginizdə deyil, sevgi dilinizdədir. İnsanlar sevgilərini aşağıdakı şəkildə ifadə edirlər:

1. Tərifedici sözlər.
2. Keyfiyyətli zaman.
3. Hədiyyə alma.
4. Xidmət fəaliyyəti.
5. Fiziki təmas.

Sevgi dili "hədiyyə almaq"olanlara bəzi məsləhətlər:

1. Hədiyyələrlə özünüzü göstərə bilərsiniz: Səhər yoldaşınız üçün bir qutu şokolad qoyun (əgər sağlamlığında problemlər varsa seçiminizi dəyişə də bilərsiniz); günortadan sonra arvadınıza çiçək göndərin (əgər çiçəyə qarşı allergiyası yoxdusa); axşam ona bir köynək hədiyyə edin. Arvadınız sizdən "Nə baş verir?" soruşsa "sadəcə sevgimizi artırıram" deyin.

2. Təbiət köməkçiniz olsun: Məhəllədə gəzintiyə çıxanda arvadınıza verəcəyiniz bir hədiyyə axtarın. Bu bir daş, bir budaq parçası, bir çiçək də ola bilər (çiçək öz bağçanızda deyilsə, qonşunuzdan icazə almağı unutmayın). Təbii ki, hədiyyənizə xüsusi bir məna da verə bilərsiniz. Misal üçün, kiçik bir hamar daş parçası evliliyinizdəki mübahisəli bir çox nüansların artıq öhdəsindən gəldiyinizi göstərə bilər. Bir gül belə sizə xanımızda gördüyünüz gözəlliyi xatırlada bilər.

3. Əl işi olan hədiyyələrin dəyərini unutmayın. Arvadınız üçün özünüz bir hədiyyə düzəldin. Bunun üçün bir sənət və ya əl işi kursuna yazılmağınız da lazım ola bilər. Məqsədiniz arvadınıza hədiyyə düzəltməkdir. Əl işi olan bir hədiyyə xüsusilə bir ailə yadigarı halına çevrilə bilər.

4. Arvadınıza bir həftə boyu hər gün hədiyyə verin. Bu əlamətdar bir günə təsadüf edilən həftə olmaya da bilər. Əgər enerjili insansınızsa bunu bir ay da edə bilərsiniz. Xeyir, arvadınız bunu bir ömür boyu davam etmənizi istəməyəcək.

5. Bir "Hədiyyə fikirləri dəftəri" tutun. Arvadınız " Bunu doğurdan çox sevirəm", "Ah, bunlardan bir dənəsi də məndə olsaydı" kimi dedikcə dəftərin hər səhifəsinə qeyd edin. Diqqətlə dinləyin, çox keçməz ki, uzun bir siyahınız olacaq. Bu hədiyyə seçmək zamanında köməyinizə gələ bilər.

6. "Kömək edin, başım şişdi!" Arvadınız üçün necə hədiyyə seçmək lazım olduğunu bilmirsinizsə arvadınızı yaxından tanıyan bir dost ya da qohumunuzdan kömək istəyə bilərsiniz. Çox adamın sevdikləri insana hədiyyə almaqdan xoşu gəlir, xüsusilə də bu hədiyyə sizin pulunuzla alınırsa.

7. Varlığınızı hədiyyə edin. "Bu ay səninlə istədiyin yerə gedəcəyik. Mənə vaxtını desən səninlə getmək üçün əlimdən gələni edərəm" deyin. Hazırlaşın! Kim bilir bəlkə də simfoniya, ya da xokkey sizin də xoşunuza gələr.

8. Arvadınıza bir kitab verin və özünüz də oxuyacağınızı deyin. Hər həftə bir hissəni birlikdə müzakirə edəcəyinizi bildirin. Amma sizin bəyəndiyiniz, oxumağını istədiyiniz kitabı deyil, məhz onun maraq dairəsinə uyğun kitabı hədiyyə edin. Bu kitab seks, futbol, əl işi, pul haqqında, uşaq böyütmə, din və yaxud hər hansı mövzuda ola bilər.

9. Uzunömürlü bir hədiyyə verin. Arvadınızın doğum günündə, toyunuzun il dönümündə və yaxud başqa bir gündə arvadınızın adından üzv olduğu hər hansı bir xeyriyyə təşkilatına ianə verin. Təşkilatdan isə arvadınıza bildiriş göndərilməsini xahiş edin. Xeyriyyə təşkilatı qədər arvadınız da həyəcanlanacaqdır.

10. Canlı bir hədiyyə verin. Arvadınızın adına bir ağac əkin. Öz bağçanıza da əkib, sulayıb böyüdə bilərsiniz. Yaxud tez-tez getdiyiniz bir parkda da əkə bilərsiniz. Bunu etdiyiniz üçün hər il təşəkkür qazanarsınız. Alma və ya başqa bir meyvə ağacı əksəniz daha çox savab qazanarsız.

Ailə və Uşaq     Baxılıb: 3056   Tarix: 24 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

turlar.az

qadin sayti geyim dəbləri toy makiyajlari cümə gününün duası 2026 yaz geyimleri qonaq otagi dizayni 2026 dini geyimler kosmetika sekis kley lekesi qizlar tapmacalar veten