Ailə psixologiyası
Günümüzdə bir çoxları nümunəvi valideyin olmaq istəyir. Bəziləri isə səadətə qovuşmağın, nicata çatmağın əsas yolunu bunda görür.
Xoşbəxt ana olmaq üçün çox şey tələb olunmur. Sadəcə uşaq tərbiyəsinə, sağlamlığına və psixologiyasına diqqət yetirmək, savadlı, bilikli olmaq yetərlidir.
Bu uşaqların sağlam, mədəni və intellektual olması üçün vacib amildir.
Türkiyəli psixiatr Dr. Onurun şərhindən aydın olur ki, xoşbəxt ana olmağın sirri uşaqları anlamaqdan keçir. Həmçinin uşaqlar da ata-ana haqqını gözləməli, daim şəxsi inkişaflarına ciddi fikir verməlidir. Çünki, sağlam düşüncəli ailələr cəmiyyətin əsas özəyini təşkil edir. Bu baxımdan valideyinlərin dərin rəğbətini qazanmaq, onların sözünə baxmaq, tapşırıqlarını həvəslə yerinə yetirmək, məsləhətlərinə əməl etmək uşaqların müqəddəs borcu olmalıdır. Bütün bunlar ailə psixologiyasına və uşaq tərbiyəsinə müsbət təsir göstərir.
Bəzi ədəbiyyatlarda və mənbələrdə səliqəlik, təmizkarlıq mövzularına da xüsusi yer ayrılıb. Xoşbəxt ailənin əsas cəhətlərindən biri məhz budur. Bəzi analar buna istənilən qayğı və diqqəti göstərmir. Bu səbəbdən uşaqlarda müxtəlif sağlamlıq problemləri olur. Ona görə ailədə səliqəliklə bərabər təmizkarlığa (şəxsi gigiyena və s.) da fikir verilməlidir. Çünki, bu ən gözəl insani keyfiyyətlərdən sayılır.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür