Ailədə uşaqların tərbiyəsi
Müasir dövrdə valideynlər övlad tərbiyəsində hansı məsələlərə daha çox diqqət yetirməlidirlər
Ailə insanın bir şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. O cümlədən uşaq şəxsiyyətinin formalaşmasında da ailənin rolu əvəzsizdir. Hər bir şəxsin sonrakı taleyi, həyatda tutacağı mövqe ailə tərbiyəsi ilə bilavasitə bağlıdır. Müasir dövrdə isə yaxşı övlad tərbiyə etmək bir qədər də çətinləşib. Mütəxəssislərin fikrincə, ailədə uşaqları yaxşı tərbiyə etmək üçün birinci şərt valideynlərin övladlarla ədalətli rəftarı, birini o birindən üstün tutmamasıdır. Əgər valideyn övladlarından biri ilə o biri arasında fərq qoyursa, o biri övladda bu övlada qarşı qısqanclıq və ya nifrət meydana gələ bilər. Bundan başqa, uşaqlar ailənin güzgüsü sayıldığından valideynin şəxsi nümunəsi tərbiyə işində son dərərcə böyük rol oynayır. Uşaqlar ata və analarının timsalında sosial təcrübələri mənimsəyirlər. Belə ki, valideynlər özlərinin zahiri görkəmləri, dünyagörüşləri, maraq və meyilləri ilə gənc nəslə mühüm təsir göstərirlər. Üstəlik, uşağın yaşı nə qədər azdırsa, valideynin şəxsi nümunəsi o qədər əhəmiyyətlidir.
Maraqlidir, müasir dövrdə övlad tərbiyəsində hansı məqamlara daha çox diqqət yetirilməlidir? Valideyn-övlad arasında münasibətləri necə sağlamlaşdırmaq olar?
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin