Akademikdən beyin sağlamlığı üçün VACİB GÖSTƏRİŞLƏR

Akademikdən beyin sağlamlığı üçün VACİB GÖSTƏRİŞLƏRHazırda demans dünyada ölümün beşinci aparıcı səbəbinə çevrilib və 70 yaşdan yuxarı insanlar arasında ürək xəstəliklərindən sonra ikinci yerdədir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2016-cı ilin məlumatına görə, bir milyondan çox rus və təxminən 4 milyon ABŞ sakini bu xəstəlikdən əziyyət çəkir.
Demansiya latın dilindən "dəlilik" kimi tərcümə olunur. Xəstəliyin əlamətləri müxtəlifdir, lakin "ilk siqnal" yaddaşın zəifləməsidir. Sonra bilinən koqnitiv pozuntu özünü göstərməyə başlayır: diqqət və nitq pozğunluğu, tarazlığın itməsi, mücərrəd düşüncənin pisləşməsi.
Demansın yaratdığı beyin dəyişikliklərinin qarşısını almaq olarmı? Sən demə, almaq olar. Və bunun üçün istifadə olunan dərmanlar siyahısında ən çox nootropiklərdən bəhs olulunur. "Noos" (səbəb) və "tropos" (yaxınlıq) sözlərinin birləşməsindən yaranıb.
Beyinin fəaliyyətini yaxşılaşdıran dərmanlar
Akademikdən beyin sağlamlığı üçün VACİB GÖSTƏRİŞLƏRBredli Kuperin baş rolda oynadığı "Qaranlıqlar ölkəsi" filmini xatırlayın. Hekayədə uğursuz yazıçı beynini görünməmiş şəkildə sürətləndirən NZT dərmanları qəbul etməyə başlayır. Bu, qəhrəmanın həyatını tamamilə dəyişdirir, onu uğurlu və zəngin edir. Lakin sonra dəhşətli nəticələrlə qarşılaşır.
Hər halda qeyd edək ki, nootropiklər filmdəki kimi sehrli həblər deyil. Bunlar diqqəti yönəltməyə, yaddaşı yaxşılaşdırmağa kömək edir.
Nootropların təsiri
Beyin dövranını stimullaşdırır.
Qlükoza qəbulunu və udulmasını yaxşılaşdırır (nəticədə beyin enerji çatışmazlığını hiss etmir).
Beyin hipoksiyasının (oksigen aclığı) qarşısını alır.
Beyin bölgələri arasında qarşılıqlı əlaqəni inkişaf etdirir, yarımkürələr arasında məlumat mübadiləsini sürətləndirir.
Koqnitiv funksiyanı stimullaşdırır, məlumatların saxlanması və müəyyən neyrotransmitterlərin ifraz olunmasına təsir göstərir.
Nootrop preparatlar beyin xəstəliklərinin müalicəsində mühüm yer tutur, lakin onların insanlara təsiri ilə bağlı araşdırmalar hələ də davam edir.
Düşüncə incə bir sahədir, təsirini empirik qiymətləndirmək olduqca çətindir. Nootropikanın effektivliyi obyektiv şəkildə sübut olunmasa da, sağlam həyat tərzinin faydaları göz qabağındadır!
Akademikdən beyin sağlamlığı üçün VACİB GÖSTƏRİŞLƏRDərman qəbul etmədən yaşla əlaqəli baş verən beyin dəyişiklikləri ilə mübarizə apara bilərsiniz. Bu yanaşmanın tərəfdarı, bütün həyatını insan beyninin öyrənilməsinə həsr edən, dünyaca məşhur nevropatoloq, psixiatr, fizioloq, Sankt-Peterburqdakı neyropsixiatriya institutunun yaradıcısı, akademik Vladimir Mixayloviç Bexterev idi.
Akademikin beyin sağlamlığı haqqında vacib məsləhətləri
Akademikdən beyin sağlamlığı üçün VACİB GÖSTƏRİŞLƏRVladimir Mixayloviç inanırdı ki, heç bir halda "insan təfəkkürünün sehrli məbədi"nin işinə eksterimal vəziyyət olmadıqca müdaxilə etmək olmaz. Ancaq beyindəki yaşla bağlı dəyişikliklərlə mübarizə aparmaq mümkündür və lazımdır!
Öyrənin, bu, beyin üçün ən yaxşı məşqdir
Beyin üçün ən yaxşı təlim, onu müxtəlif məşğuliyyətlərlə yükləməkdir. Axı, beyin işləyəndə qan dövranı da aktivləşir. Uzun müddət yeni bacarıqları mənimsəməyə, oxumağa, rəsm çəkməyə, saymağı düşünməyə kömək edir. Yeni bacarıqlara yiyələnmək, oxumaq, rəsm çəkmək və hesab işləri zehni itiləşdirir.
Akademik Bexterev krossvordlarla maraqlanır, həmçinin kitab oxumağı çox sevirdi. O, hətta 60 yaşında da xarici dillər öyrənirdi.
Daimi məşqlər beynin tonusunu saxlayır. Bunun üçün alim iki fərqli adamın parçalanmış beynini nümayiş etdirmişdi: professor və taksi sürücüsü. Damar şəbəkəsinin inkişafındakı fərq aydın görünürdü.
Hərəkət edin, bu, qan dövranını yaxşılaşdıran bütün dərmanları əvəz edəcək. Başgicəllənmənin olmaması və zehin açıqlığı üçün gəzmək lazımdır. Akademik gündə ən azı iki saat gəzməyi məsləhət görürdü. Gündüz gəzinti üçün daha yaxşıdır. Bexterevin araşdırmaları göstərirdi ki, müntəzəm gəzintilərin başlamasından iki həftə sonra xəstələrin vəziyyətində xeyli irıliləyiş qeydə alınırdı. Bu, sadə məsləhətdir, amma biz bunlara hər zaman əməl edirikmi?
Uşaqlarınız və nəvələriniz ilə söhbət edin, bu gənc qalmağın ən yaxşı yoludur!
Akademikdən beyin sağlamlığı üçün VACİB GÖSTƏRİŞLƏRBexterev hesab edirdi ki, beyin üçün ən yaxşı məşq uşaqlarla ünsiyyətdir. Balacalar sorğu-sualları ilə yetkin insanı davamlı düşünməyə vadar edir, yalnız fərqli yarımkürələri aktivləşdirmir.
İstirahət edin, o zaman stimullaşdırıcılara ehtiyacınız qalmayacaq.
Akademikdən beyin sağlamlığı üçün VACİB GÖSTƏRİŞLƏRMəşhur nevroloqun ən vacib nəsihəti: "Hər gün üçün sevin və xoş şeylərə qiymət ver. Təbəssüm əsəb fəaliyyətinin ən yaxşı stimulyatorudur!"
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1835   Tarix: 02 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

turlar.az

makiyaj etmek qaydalari geyim seçimi kosmetik vasiteler dəridə səpkilər içi doldurulmuş badımcan turşusu hamilə geyimləri statuslar kosmetika novruza aid hakista pizza intim sac duzumleri baliq