Alimlər ağciyər xərçənginin inkişaf səbəbini tapdı
Ağciyər xərçəngi iltihab nəticəsində inkişaf edə bilər.
Milli.Az xəbər verir ki, Texas Universitetinin tədqiqatçıları bu qənətə gəliblər. Belə ki, ağciyər toxumalarında baş verən iltihab görünən şiş yaranmadan əvvəl xərçəngin inkişafını sürətləndirə bilər.
Nəticələr "Cancer Cell" jurnalında dərc olunub.
Araşdırma 44 nəfərin ağciyər toxuması nümunələrində aparılıb. Ümumilikdə alimlər yarım milyondan çox toxuma hissəsini və beş milyondan çox hüceyrəni analiz ediblər.
Tədqiqatçılar normal hüceyrələrin necə bədxassəliyə çevrildiyini öyrənmək üçün "məkan transkriptomik xəritələr" yaradıblar. Bu xəritələr müxtəlif toxuma hissələrində hansı genlərin aktiv olduğunu göstərir və şiş yaranmadan əvvəlki erkən dəyişiklikləri izləməyə imkan verir.
Məlum olub ki, prekankroz mərhələsində ağciyərlərdə xroniki iltihab zonaları yaranır. Bu sahələrdə alveolaları örtən hüceyrələr anormal davranış göstərməyə başlayır və tədricən şiş hüceyrələrinə çevrilir.
Tədqiqat müəllifləri hesab edirlər ki, məhz iltihab ağciyər xərçənginin inkişafına ilkin təkan verə bilər. Onların fikrincə, iltihabın yatırılması xəstəliyin qarşısını almaq və erkən aşkarlanmasını təmin etmək üçün yeni üsul ola bilər.
İsmayıl
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Qızım babası kimi siyasətçi olacaq
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı