Alimlər: Atmosferin çirklənməsi ürək-damar xəstəlikləri riskini artırır

Alimlər: Atmosferin çirklənməsi ürək-damar xəstəlikləri riskini artırırÜrək-damar xəstəliklərinin yaranma riski atmosferin çirklənməsi ilə bilavasitə əlaqədardır. Klivlend Keys Rezerv Universitetinin (Ohayo ştatı, ABŞ) kardioloqlarının gəldiyi nəticə belədir. Onlar havanın çirklənməsinin insan orqanizmində kardiometabolik proseslərin yaranmasına təsirini tədqiq ediblər. Bu da insulinə rezistentlik, ikinci tip şəkərli diabet və digər xəstəliklər yaradır. Tədqiqatın nəticələri ABŞ-ın "Journal of Clinical Investigation" nəşrində yer alıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Klivlend Keys Rezerv Universitetinin Ürək-Damar Tədqiqatları İnstitutunun direktoru, layihənin rəhbəri Sancay Racaqopalan deyib: "Nyu-Dehlidə və Pekində ətraf mühitin çirklənməsini imitasiya edən tədqiqatımızda havaya РМ2,5 zərrəciklərini buraxdıq".
Bu amillər ürək-damar patologiyası olan insanlar üçün xüsusən təhlükəlidir. Onlar xəstəliyin kəskinləşməsinə səbəb olur, infarkt, insult və stenokardiya tutmaları yaradır. Tədqiqatçılar laboratoriya siçanları üzərində təcrübə apararaq onları üç qrupa bölüblər. Birinci qrup təmiz hava, ikinci qrup 24 həftə ərzində çirklənmiş hava ilə tənəffüs edib, üçüncü qrupa həddən artıq yağlı qida verilib. Patologiya çirkli hava ilə nəfəs alan və "yağlı" qidalanan siçanlarda müşahidə edilib. Onlarda şəkər sürətlə yaranıb, miokardda distrofiya prosesləri müşahidə edilib.
"Bizim tədqiqatımız genomun çirklənmiş havanın təsiri altında dəyişməsini göstərən ilk təcrübədir. Yaxşı yenilik ondan ibarətdir ki, təmiz hava ilə nəfəs alanda patoloji dəyişiklik azalır və heyvanın orqanizmi bərpa olunmağa başlayır", - deyə Sancay Racaqopalan bildirib.
Tədqiqatlar göstərir ki, havanın çirklənməsi hər il dünyada təqribən doqquz milyon insanın ölümünə, bir neçə milyon insanda isə diabet, insulinə rezistentlik yaranmasına səbəb olur. Havanın çirklənməsi miokard infarktının, insultun və digər bu kimi xəstəliklərin yaranmasında "baza" komponenti hesab edilir.
Məruzədə vurğulanır ki, əlverişsiz ətraf mühit hər şeyin sona çatması demək deyil; belə şəraitdə insanlar maska (N95) taxmalı, habelə evdə, mənzildə kondisionerin filtrini tez-tez dəyişməli, evdə və nəqliyyatda pəncərəni açmamalıdırlar. Artıq çəkisi olan insanlar fiziki təmrinlərə xüsusi diqqət yetirməlidirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1313   Tarix: 26 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

adlarin menasi yay kolleksiyasi qadın geyimi xınayaxdı sözləri quru yemekler qadin net aşıq kosmetika rus dili 2ci ders mikayıl abdullayev dolça naz mila qızlıq pərdəsi