Alimlər D vitamini çatışmazlığının demensiya riskini artıra biləcəyini müəyyən ediblər

Alimlər D vitamini çatışmazlığının demensiya riskini artıra biləcəyini müəyyən ediblərD vitamini çatışmazlığı açıq dərili insanlarda demensiya riskini 25% artıra bilər.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu "The American Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırma göstərib.
Alimlər 55-69 yaş arası 270 min insanın 12-17 il ərzində toplanmış tibbi məlumatlarını təhlil ediblər. Onların 20%-ə qədəri müntəzəm olaraq D vitamini əlavələri qəbul etdiyini bildirib.
Əlavə təhlillər göstərib ki, D vitamini çatışmazlığı olan 19-25% insanda ümumi demensiya riski (Altsheymer xəstəliyi və ya damar demensiyası daxil olmaqla) daha yüksəkdir.
Demensiya beynin müxtəlif degenerativ və qeyri-degenerativ xəstəlikləri səbəbindən yarana bilər. Xəstəliyin simptomlarının təsviri koqnitiv, emosional və sosial bacarıqların itirilməsini əhatə edir. Hər şeydən əvvəl qısamüddətli yaddaşa, düşünmə bacarıqlarına, dil və motor bacarıqlara təsir edir, bəzi formalarda şəxsiyyətin dəyişilməsi də baş verir. Demensiyanın ayırıcı əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir.
Bugün bir sıra demensiyaların səbəbləri aydındır, bir çox formalarda isə yaranması haqqında hələ dəqiq, mübahisəsiz məlumatlar yoxdur. Demensiyanın bir sıra formaları geri çevrilə biləndir, bəzi başqa formalarda məhdud dərəcədə terapevtik müdaxilələr mümkündür, lakin bunlar yalnız müəyyən simptomların başlanğıcını təxirə sala bilər. Demensiyanın ən tez-tez rast gəlinən forması Altsheymer xəstəliyidir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1023   Tarix: 01 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

toy gecesi sade makiyaj sekilleri geymler 2026 vetene aid bayatılar goy qursagi nece yaranir nagillar atalar sozleri ana haqqinda kosmetika kökəlmək üçün azerb clpaq qadinlari olumu novruza aid hakışta bayatılar