Alimlər koronavirus infeksiyasına yoluxma riskini Rh faktoru ilə əlaqələndirir
Alimlər koronavirus infeksiyasına yoluxma riski ilə Rh faktoru arasında əlaqəni aşkarlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Barselona Universitetinin və Braziliyanın Kampinas Universitetinin mütəxəssisləri 126 ölkədə koronavirusun yayılma göstəricilərini analiz ediblər. Məlum olub ki, mənfi Rh faktorlu insanların əksəriyyət təşkil etdiyi ölkələrdə COVID-19 infeksiyasına yoluxma halları daha çoxdur.
Əsasən Avstraliya, Avstriya, Braziliya, Yeni Zelandiya, İspaniya, Böyük Britaniya, İsveçrə və ABŞ-da koronavirus çox sürətlə yayılıb. Tədqiqatçılar bunu mənfi qan qruplarına malik insanların koronavirusa yoluxma riskinin daha çox olması ilə izah edirlər.
Xəstəlik riskinin yüksək olması Rh faktoru və orqanizmin immun sistemi arasında əlaqənin nəticəsi ola bilər. Çexiyanın Karlova Universitetinin alimləri belə insanların allergik, həzm, ürək, immun və nevroloji problemlərdən daha çox şikayətçi olduqlarını müəyyən ediblər. Həmçinin mənfi Rh faktorlu insanlarda ürək-damar, respirator və digər xəstəliklərin inkişaf riski daha çox müşahidə edilir ki, bu da ağırlaşmalara səbəb ola bilər.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İlyas Yalçıntaş sərbəst buraxıldı
Cəmi 3 il evli qala bildilər
Özündən 24 yaş kiçik həyat yoldaşından boşandı
Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı
35 yaşlı müğənni xərçəngdən öldü
Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi