Alimlər koronavirus qurbanlarının kapilyarlarında bir çox mikrotrom tapdı
Koronavirusdan ölən insanların kapilyarlarında beynin kifayət qədər oksigen almasına mane olan bir çox mikrotrom aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin (ABŞ) dosenti David Nauenin rəhbərlik etdiyi araşdırma müəllifləri danışıb.
Araşdırmanın nəticələri "JAMA Neurology" elmi jurnalında dərc edilib.
Mütəxəssislər ağır koviddən vəfat edən beş xəstənin toxuma nümunələrini analiz edib. Xroniki oksigen çatışmazlığının izləri hamısında olub. Trombositlərin istehsalından məsul qan hüceyrələri olan meqakaryositlərin yığılması müşahidə edilib. Bundan əlavə, bütün mərhumların yaddaşının, şüurun və beyin fəaliyyətinin pozulduğunu göstərən digər problemlər olduğu bildirilib.
Alimlərin fikrincə, koronavirus yalnız ağciyər hüceyrələrinə deyil, beyin hüceyrələrinə və digər toxumalardakı bəzi cisimlərə də təsir edə bilər. Bu, bir çox xəstədə iybilmə itkisi, qan dövranı sisteminin pozulması və həzm problemi bununla izah olunur.
Aytən Məftun









Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir