Alimlər meymunçiçəyinin müalicəsini tapdılar
Liverpul Universitetinin alimləri müəyyən ediblər ki, Amerikanın antiviral dərmanı "Tecovirimat" meymunçiçəyi xəstəliyi ilə mübarizədə təsirlidir.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "Lancet" jurnalında dərc olunub.
Alimlər təhlükəli yoluxucu xəstəliklərin tədqiqi mərkəzləri tərəfindən toplanmış 2018-2021-ci illər üzrə məlumatları təhlil edərək, iki dərman – "Brincidofovir" və "Tecovirimat" müəyyən ediblər. Bunlardan birincisi suçiçəyi xəstəliyinin müalicəsi üçün hazırlanıb, ikincisi isə ABŞ-da bioloji silah təhlükəsi ilə mübarizə üzrə hökumətin proqramı çərçivəsində yaradılıb.
Tədqiqat zamanı alimlər bu dərmanlardan insanların çiçək xəstəliyinə qarşı mübarizədə istifadə ediblər. "Brincidofovir"dən fərqli olaraq, "Tecovirimat" virusun çoxalmasını bloklamağı bacarıb.
Həkimlər araşdırmalarını davam etdirəcəklər. Onlar "Tecovirimat"ın meymunçiçəyi xəstəliyinə qarşı effektivliyini sübut etmək niyyətindədirlər.









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Yuxuda sevişmək nəyə yozulur?
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Bu yaşda ət yemək ömrü uzadır
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm