Alimlər qida rasionunda bitki pəhrizinə üstünlük verməyi təklif edirlər

Alimlər qida rasionunda bitki pəhrizinə üstünlük verməyi təklif edirlərƏsasən bitki mənşəli məhsulların daxil olduğu pəhrizə keçid, məsələn, taxıl, paxla, meyvə və tərəvəz, təkcə insanın sağlamlığı üçün deyil, həm də ətraf mühit üçün faydalıdır. Lakin qida rasionuna dair milli tövsiyələrin əksəriyyəti hələlik bu yanaşmaya uyğun gəlmir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunlar milli pəhrizə aid tövsiyələrin təhlilinə və onun insan sağlamlığına və ətraf mühitə təsirinə həsr olunmuş tədqiqatın ilk nəticələridir. Bu analiz dünyanın 85 ölkəsində aparılıb.
Məsələ ilə bağlı araşdırmalar aparmış Oksford, Harvard, Taftsa və Adelaide universitetlərinin alimləri hesab edirlər ki, "ərzaq məhsullarının istehsalı ətraf mühitə daha çox dağıdıcı təsir göstərir. Bu baxımdan qida rasionunda bitki pəhrizinə üstünlük verilməsi, torpaqdan istifadəyə, şirin suyun çıxarılmasına və bioqeokimyəvi axınlardan (gübrələrdən) istifadəyə məhdudiyyətlərin tətbiq edilməsi ətraf mühitə dağıdıcı təsirin gücünü azalda bilər". Araşdırmanın nəticələri 2020-ci ilin iyulunda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə Proqramının (UNEP) himayəsi altında nəşr edilib.
Ekspertlər hökumətlərə heyvan mənşəli məhsulların, o cümlədən mal və süd məmulatlarının istifadəsinin məhdudlaşdırılmasına dair daha dəqiq tövsiyələr dərc etməyi təklif edirlər.
"Meyvə və tərəvəzin az, qırmızı və emal olunmuş ətin isə yüksək miqdarda olduğu pəhrizlər ümumən dünyada və regionların əksəriyyətində insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Çünki ürək-damar xəstəlikləri, ikinci tip xərçəng və diabet kimi qeyri-sağlam qidalanma ilə bağlı xroniki xəstəliklər bahalı müalicə tələb edir", - deyə məruzədə bildirilir.
Bu gün qlobal istixana qazlarının bütün emissiyalarının dörddə biri kənd təsərrüfatının payına düşür. Koronavirus pandemiyasına qədərki dövrdə insanların gəlirlərinin yüksək olması mal və süd məhsullarından daha çox istifadə edilməsinə gətirib çıxarıb. Həmin məhsulların istehsalının əsasən CO2 və metan emissiyalarının artmasına səbəb olması alimləri ciddi narahat edir.
UNEP zəngin ölkələri heyvan mənşəli ərzaqdan və yüksək səviyyədə hazırlanan qida məhsullarından həddindən artıq istifadə edilməsini məhdudlaşdırmağa və ən yoxsul ölkələrdə insanların sağlam qidalanması üçün əlverişli şərait yaratmağa çağırıb. Onların fikrincə, yalnız bu yolla torpaqdan istifadənin səmərəliliyini artırmaq və bütün dünyada qida bolluğu yaratmaq mümkündür.
UNEP nümayəndəsi Niklas Hagelberg xatırladıb ki, istixana qazlarının emissiya səviyyəsi əsasən hansı yeməklərə üstünlük verməyimizdən asılıdır və təkcə hökumətlərin verdiyi tövsiyələr və qidalanma qaydaları bu problemin həlli üçün kifayət etməyəcək. Onun fikrincə, "ölkənin kənd təsərrüfatı strategiyasına uyğun məqsədyönlü və ardıcıl siyasətin" aparılması bu gün daha vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1321   Tarix: 16 avqust 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

yay kolleksiyasi hamiləlik yemek reseptleri goz altı qırışlar seks pozalari hamilə qala bilmək balqabaq tumu kosmetika google sağlıq sanamalar badambura vətən haqqında bayatılar