Alimlər: Radioterapiya Altsheymer xəstəliyində kömək edir

Alimlər: Radioterapiya Altsheymer xəstəliyində kömək edirRadioterapiya və ya şüa terapiyası haqqında adətən onkoloji xəstəliklərlə bağlı danışılır. Torontoda Beykrest Tibb Mərkəzinin və Sannibruk xəstəxanasının əməkdaşları "Journal of Alzheimers Disease" nəşrində yazırlar ki, ionlaşdırıcı şüalanma Altsheymer sindromlu xəstələrə də faydalı təsir göstərir. İlk dəfə 2015-ci ildə qadın pasiyentin beyininə şüa yönəldiləndən sonra onda koqnitiv funksiyalar, eləcə də nitq yaxşılaşıb, iştaha artıb, xəstə hərəkətlərinə daha yaxşı nəzarət etməyə başlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçılar şüanın bu təsirini dörd ağır xəstə üzərində yoxlayıblar. İki həftə intervalla onlara üç dəfə az miqdar dozada şüa yönəldilib - şüalanma mənbəyi kimi kompüter tomoqrafiyası üçün adi aparatdan istifadə olunub. Xəstələrin vəziyyəti həm xüsusi testlər, həm də onların qohumlarının və yaxınlarının rəyləri əsasında qiymətləndirilib. Məlum olub ki, üç pasiyentin vəziyyəti ilk şüalanma seansından sonrakı gün yaxşılaşıb. Xəstələr ətrafda baş verənlərə fəal reaksiya verib, daha hərəkətli olmağa başlayıb, qohumlarını daha asan tanıyaraq onlarla qismən münasibətdə olublar.
İonlaşdırıcı şüalanmanın müxtəlif effektləri var və bunlardan biri oksidləşdirici stresdir: hüceyrədə aqressiv oksidləşdirici molekullar meydana gəlir, onlar zülalları, nuklein turşularını və lipidləri zədələyir. Öz növbəsində, hüceyrələrdə təhlükəli birləşmələrdən xilas olmaq üçün müdafiə sistemi var; eyni vaxtda DNT-də mutasiyaları düzəldən "təmir" sistemi işə düşür. Yaşla əlaqədar hüceyrə təhlükəsizlik sistemi pis işləməyə başlayır, lakin şüalar, görünür ki, onları yaxşı "silkələyir". Ola bilər ki, biokimyəvi müdafiənin aktivləşdirilməsi neyronların özünə gəlməsinə kömək edir və beləliklə, Altsheymer əlamətləri geri çəkilir.
Alimlərin qarşısında şüalanmanın müalicəvi effektinin nə qədər davam edəcəyini müəyyənləşdirmək dayanır. Əgər nəticələr çox sayda pasiyentlərdə təsdiqlənərsə və effekt uzunmüddətli olarsa, radioterapiya Altsheymer xəstəliyini ləngitməyə imkan verən kilinik alətlərdən birinə çevrilə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1353   Tarix: 09 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

geyim necə seçməli gözəllik məhsulları yay kolleksiyasi geyim qaydaları faydalı qidalar estetik gözəllik stil dərsləri kosmetika ariqla efsaneler uşaq nece olur lakonizm salam