Alimlər yaddaşı yaxşılaşdıran məhsulun adını açıqladılar
Vasabi ekstraktının istehlakı 60 yaşdan yuxarı sağlam insanlarda yaddaşı yaxşılaşdıra bilər.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "Nutrients" jurnalı Toho Universitetinin mütəxəssislərinin apardığı araşdırmaya istinadla yazır.
Araşdırmada 60-80 yaşlı yaponlar diabet, psixi pozğunluq və ya ürək xəstəlikləri olmadan iştirak ediblər.
12 həftə ərzində onlar yatmazdan əvvəl 100 mq vasabi bitkisinitablet kimi qəbul ediblər.
Mütəxəssislərin fikrincə, eksperimentin iştirakçılarında koqnitiv funksiyaların təkmilləşdirilməsi 6-MSİtC maddəsi ilə əlaqədardır. Bu maddə beynin hipokamp hissəsində iltihabın səviyyəsini azalda bilər.
Bundan başqa, beyin hüceyrələrini radikal molekulların zədələnməsindən, məsələn, reaktiv oksigen növlərindən də qoruya bilər.
Qeyd edək ki, bitki ilk dəfə Yaponiyada 10-cu əsrdə becərilib. Vasabinin ilk dəfə Yaponiyanın dağ çaylarının kənarlarında yabanı halda bitdiyi ehtimal olunur. Bu bitkidən xüsusi ədviyyat hazırlanır.
Milli.Az









Gündə üç dəfə qəbul etmək bağırsaqda möcüzələr yaradır
Xərçəng aşkarlanan blogerin müalicəsi üçün pul yığılır
Rza baba' gələn həftə seriala qayıdır
Renka "Cənnətdən qovulmuş mələk" oldu - FOTOLAR
Hər gün duş qəbul etmək təhlükəli İMİŞ - Bu yaşdan sonra
Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz
Adımızdan yüksək məbləğdə pul istəyirlər
"Bayağını paylaşmamalıyıq
Elektronikin macəraları' filminin aktyoru vəfat etdi
Lara Fabian İrəvanda konsert verəcək
Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır
Özümü sevirəm və bədənimə yaxşı baxıram' - Gülay
Velosiped sürmək yaddaşı yaxşılaşdırır - Yeni araşdırma
"Qavaldaş nağara" maketi məhv edildi, Natiq Şirinov məhkəmədə qalib gəldi - Foto
Frida Kalonun həyatı film olur