Alimlər yorğunluğun qeyri-adi səbəbini aşkar ediblər
Kornel Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, xroniki yorğunluq sindromunun səbəbi virus ola bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xroniki yorğunluq sindromu uzun müddətli yorğunluq və digər təzahürlərlə xarakterizə olunan patoloji vəziyyətdir. Xəstəliyin əlamətləri şiddətli ola və insana normal gündəlik fəaliyyətlərini həyata keçirməkdə əngəl törədə bilər. Üstəlik, belə yorğunluq istirahətdən sonra da davam edir.
Belə vəziyyət aylarla, illərlə uzana, simptomlar bir müddət yox ola, lakin yenidən qayıda bilər.
Mütəxəssislər qeyd ediblər ki, sindrom tez-tez virus infeksiyalarından sonra baş qaldırır. Onların fərziyyələrinə görə, RNT virusları qrupu olan enteroviruslar bu xəstəliyi təhrik edir. Epşteyn-Barr virusu və digər herpes virusları ən çox yayılmış viruslar arasındadır. Bununla belə, mitoxondriya, aşağı tiroid hormon səviyyələri və çoxsaylı genetik variantlar da daxil olmaqla digər mümkün mexanizmlər də nəzərə alınmalıdır.
Gələcək işlərdə müəlliflər təklif olunan fərziyyəni sınaqdan keçirməyi planlaşdırırlar. Bu, sindromun müalicəsini yaratmağa kömək edəcək.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Vətən haqqında bayatılar
Arzuolunmaz hamiləlik
Qaravəllilər
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Viktor Uillis vəfat etdi
Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO
Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
Həftənin ən populyar 10 türk qadın aktrisasının adı açıqlandı
Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?
Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar