Alimlərdən ÇAĞIRIŞ: Ən çox qoxu və dad hissinin itməsinə diqqət edin!
İngiltərədən olan alimlər pandemiya ilə bağlı qoxu və dad hissinin itkisinə daha çox diqqət etməyi tövsiyə edirlər. London Universiteti Kollecinin əməkdaşları dad və qoxu hissini itirən 590 nəfərlə bağlı tədqiqat aparıb.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, araşdırmaya cəlb olunanların 80 faizində Covid-19 antikorları olduğu halda, bu insanların yarısı hərarət və ya öskürək şikayətləri yaşamadıqlarını bildirib. Mütəxəssislər, qoxu itkisi olanlarda, sadəcə, dad hissi itkisi yaşayanlarla müqayisədə antikor yaranma faizinin 3 qat daha çox olduğunu müşahidə ediblər.
Qoxu itkisinin Covid-19-un ən çox görülən bir simptomu olduğuna diqqət çəkən alimlər, bu simptomun test və müalicə mərhələsində daha çox diqqət mərkəzində olmasını vurğulayıblar. İngiltərədə artıq may ayında Covid-19 simptomlarına qoxu və dad itkisi əlamətləri də əlavə edilib. Amma dünyanın bir çox ölkəsində bu şikayətlər hələ də Covid-19 simptomları siyahısına daxil olunmayıb.
Qoxu və dad itkisinin yeni növ koronavirusun burun, boğaz və dilin arxasındakı hüceyrələrə təsir etdiyi zaman meydana çıxdığı düşünülür. Bu vəziyyətin qrip zamanı yaranan, tənəffüs yollarının tıxanmasından qaynaqlanan qoxu və dad itkisi ilə eyni olmadığına diqqət çəkilib.
Milli.Az /news.milli.az









Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları
"Survivor"da dəhşətli hadisə: İştirakçının ayağı amputasiya edildi
Məşhur müğənni SAXLANILDI
Maksim Qalkinin Bakı gəzintisi - FOTOLAR
Arıqlama iynələri möcüzədirmi?