Allergiya orqanizminin hər hansı bir maddəyə qarşı verdiyi cavab reaksiyasıdır

Allergiya orqanizminin hər hansı bir maddəyə qarşı verdiyi cavab reaksiyasıdırDəridə qıcıq, üz nahiyəsində şiş, qırmızı səpgilər, gözlərdə qaşınma, burun tutulması və s. kimi hallar allergiya əlaməti sayılır. Kimi toz, kimi dərman, kimi də Günəş şüasından təsirlənir. Mütəxəssislər bildirirlər ki, allergiyanın yaranması insan orqanizminin hər hansı bir maddəyə qarşı verdiyi cavab reaksiyasıdır.
Milli.Az bildirir ki, Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova bu barədə AZƏRTAC-a deyib: "Genetik meyllilik olanlarda allergik xəstəliklərə daha çox rast gəlinir. Allergen deyəndə məişət, ağac, bitki tozcuqları, havada uçan kimyəvi tərkibli aerozollar və kimyəvi maddələr, eləcə də qida və dərman mənşəli allergenlər orqanizmə daxil olaraq bədənin istənilən yerində allergik reaksiya yarada bilər".
Allergen maddələr orqanizmə dəri, tənəffüs və hava yolları vasitəsilə keçir. Onun əlamətləri isə müxtəlifdir. Tənəffüs orqanlarında allergenlər burun tutulması, burunda qaşınma, qıcıqlanma, çoxsaylı asqırmalar, burun axması, təngnəfəslik, boğulma hissi, gözlərdə qızarma, sulanma, dəridə qaşınmalarla müşahidə olunan səpgilərlə xarakterizə olunur. Bəzi hallarda mədə-bağırsaq sistemində pozulmalar, qarın ağrıları, ishal kimi əlamətlər də əmələ gələ bilər. Allergiyanın mövsümü xarakter daşıması və ya ilboyu davam etməsi də mümkündür.
"Allergiyanın ən ağır forması Kvinke ödemidir. Kvinke ödemi dərialtı nahiyədə histominlərin yığılmasıdır. Bu zaman dodaqlar, göz qapaqları, qulaqlar şişir. Ən pis variant odur ki, bronxların selikli qişası da şişir və vaxtında tibbi yardım göstərilməsə bu, ölümlə nəticələnə bilər",- deyə həkim-allerqoloq bildirib.
Allergiya tam müalicə olunmasa da, onu vaxtında müalicə edib allergen təsir göstərən vasitələrdən uzaqlaşmaq olar. Bunun üçün allergen-test adlanan analiz növündən istifadə etmək kifayətdir. Həmin üsulla allergiya yaradan qida və dərmanları müəyyən etmək olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1961   Tarix: 11 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

turlar.az

kosmetika mehsullari geyim və ayaqqabılar geyim necə seçməli qadinlarda soyuqdeyme bizim mətbəx qadın kostyumları gözəl xanım kosmetika mikayıl abdullayev efsaneler haxışda badambura qurd ve quzu