Allergiya xərçəngdən qoruyurmuş – ALİMLƏR
Allergik burun tutulması, yaz allergiyasından əziyyət çəkənlərdə xərçəngin bir sıra növlərinə tutulmaq riski dəfələrlə azdır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu ABŞ Xərçəng Milli İnstitutunun mütəxəssisləri geniş miqyaslı elmi araşdırmalarının nəticəsi kimi bəyan ediblər.
Alimlər 1,7 milyon 66-99 yaş arası amerikalının tibbi göstəricilərini analiz ediblər. Bu insanlarda 1992-2013-cü illər arası xərçəngin müxtəlif növləri aşkarlanıb.
Müqayisə üçün 100 min nəfər xərçən olmayan insanlar barədə də informasiya toplanıb. Və hər iki qrupda allergik rinit, astma və ekzema kimi xəstəliklərin dərəcəsi yoxlanılıb.
Nəticədə məlum olub ki, ömründə onkoloji xəstəliyə tutulmayan insanlar müntəzəm olaraq yaz allergiyası, allergik rinitdən əziyyət çəkiblər.
Analizlər göstərib ki, allergik zökəm və riniti olanlarda qırtlaq, ağız, qida borusu, uşaqlıq boynu, bağırsaq, uşaqlıq, ağciyər xərçəngi çox nadir hallarda rast gəlinib.
Hələ ki, bu fenomenin səbəbi və xərçənglə əlaqəsi elmi araşdırılmayıb. Bir nəzəriyyə budur ki, allergiyalı insanlarda immun sistem çox həssasdır və adi toza, çiçək tozcuğuna qarşı belə reaksiya verirsə, deməli, orqanizmdə olan yad agentə də tez reaksiya verib, orqanizmin özünümüdafiə sistemini işə salır.
Məlumdur ki, xərçəng immun sistemi zəif, belə deyək, yatmış olan insanlarda daha çox yayılır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi