Alma sirkəsinin dəri üçün 5 FAYDASI

Alma sirkəsinin dəri üçün 5 FAYDASIAlma sirkəsi əsrlər boyu gözəllik məhsulu kimi istifadə edilib. Evdə təbii dəriyə qulluq dedikdə ağıla dərhal alma sirkəsi gəlir. Təbii tonik kimi istifadə olunan sirkənin dəri üçün çox faydaları var. O, dəridəki ləkələri aparır, sızanaqların əmələ gəlməsinin qarşısını alır və yaşlanma əlamətlərini yox edir. 
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, alma sirkəsinin dəri üçün ən əsas 5 faydası var. Onları təqdim edirik: 
Alma sirkəsi dərini təmizləyir
Gün ərzində dərinizdə yağ, kir və makiyaj qalıqları toplanır. Alma sirkəsi antibakterial xüsusiyyətləri ilə dərini təmizləyir və yeniləyir. Məsamələrdə çirk yığılmasının qarşısını alır və dərini sıxlaşdırır. 
Axşam dəri təmizləndikdən sonra son dəfə alma sirkəsi və su qarışığını pambıqla dərinizə tətbiq edin. Səhər təmiz və təravətli dəri ilə oyandığınızı görəcəksiniz. 
Alma sirkəsi sızanaqları qurudur və onların yaranmasının qarşısını alır
Çox insan sızanaqlardan narahat olur. Onlar dərinin qüsursuz görünüşünü korlayan əsas səbəblərdən biridir. Mütəmadi olaraq alma sirkəsindən istifadə edərək sızanaq problemindən xilas ola bilərsiniz. Alma sirkəsi dəridə bakteriyaların yaranmasının qarşısını alır. İltihabı aradan qaldırır. Sızanaqları qurudur və onların təkrar yaranmasının qarşısını alır.
Alma sirkəsi dərini yeniləyir
Dərinin səthində yığılan ölü hüceyrələr məsamələrin tıxanmasına səbəb olur. Tıxanmış məsamələr də dəri problemlərini üzə çıxarır.
Üzünüzü alma sirkəsi ilə sildiyiniz zaman dərini ölü hüceyrələrdən xilas edə bilərsiniz.  Alma sirkəsi ən az pilinq qədər xeyirlidir.  
Alma sirkəsi rəng bərabərsizliyini aradan qaldırır
Dərinizdə bir sıra günəş ləkələri yarana bilər. Bu ləkələr üçün bir çox məhsul var. Lakin alma sirkəsinin köməyi ilə bu ləkələri tamamilə yox edə bilərsiniz. O dərini ağardır və təravətləndirir. Dəri tonunu bərabərləşdirən ən yaxşı vasitələrindən biri məhz alma sirkəsidir. 
Alma sirkəsi dərini cavanlaşdırır
Heç kim vaxtından əvvəl qocalmaq istəməz. Dərinizdə yaşlanma izlərini hiss edirsinizsə, alma sirkəsindən istifadə edə bilərsiniz. Bu möcüzəvi sirkənin alfa hidroksid turşuları dərinin daha təravətli və canlı görünməsini təmin edən komponentlər yaradır.
Alma sirkəsi müntəzəm istifadəsi ilə dərini yaşlanma izlərindən təmizləyir, ona daha gənc görünüş verir. Dəri qırışmasını gecikdirir.  Həmçinin dərini yığaraq sallanmasının qarşısını alır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1071   Tarix: 04 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 gözəllik məhsulları qadin dunyasi badimcan murebbesi cinsi zəiflik hamiləlikdən sonra yuxa tortu kosmetika bayatilar novruza aid hakistalar efsaneler zəhmət opusme