Alma və çay yüksək təzyiqi salır – ALİMLƏR
Britaniya və amerikan alimləri birgə elmi tədqiqatlarında sübut ediblər ki, flavanollarla zəngin qida, dieta qan təzyiqini 4 mm civə sütunu salır.
Medicina.az xəbər verir ki, onlar 23 min insan üzərində araşdırma aparıblar.
"Bu elmi tədqiqat obyektiv nəticəyə gəlməyə kömək etdi. Çay, alma və giləmeyvələrdə olan flavanollar təzyiqi tənzimləməyə kömək edir. Ona görə də yülsək təzyiqdən əziyyət çəkənlər adi dieta ilə bu problem həll edə bilərlər" - deyə diyetoloq Qünter Kunle bildirib.
Flavanollar çay, kakao, almada çoxdur. Onlar sərbəst radikalları da zərərsizləşdirir. Təzyiq xəstələri bu qidaları yeməli və Aralıq dənizi menyusu ilə qidalanmalıdır.
Qeyd edək ki, digər tədqiqatda alimlər təzyiq xəstələrinə gündə 50 ml vişnə şirəsi içməyi tövsiyə etmişdilər.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi