Almaniyada koronavirusdan müalicə üçün dərman ilin sonuna qədər hazır olacaq

Almaniyada koronavirusdan müalicə üçün dərman ilin sonuna qədər hazır olacaqAlmaniya Tibbi Ləvazimatlar və Məhsullar İnstitutu (BfArM) yeni tip koronavirsua (Covid-19) qarşı dərman vasitəsinin ilin sonuna qədər hazır olacağını açıqlayıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "Bonner General-Anzeiger" qəzetinə müsahibəsində BfArM rəhbəri Karl Broyx bildirib.
Almaniyada dərmanların leqallaşdırılmasına cavabdeh olan qurumun rəhbəri deyib ki, hələlik koronavirusa qarşı peyvənd və dərman yoxdur, indiyə qədər hər hansı preparatın xəstəliyin müalicəsində effektivliyi təsdiqlənməyib. Karl Broyx qeyd edib ki, koronavirus yayılandan sonrakı dövr ərzində BfArM-a çoxlu sayda müraciət daxil olub və artıq mövcud olan 8 dərmanın xəstələr üzərində klinik sınağının keçirilməsinə icazə verilib. BfArM bir neçə həftə sonra tədqiqatların ilk etibarlı nəticələrinin əldə olunacağını proqnozlaşdırır: "Əgər əldə edilən nəticələr inandırıcı olsa, biz ilin sonuna qədər həmin dərman vasitəsinin tətbiqi barədə razılıq verə bilərik".
BfArM rəhbəri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə "Remdesivir" dərman vasitəsinin də bir neçə klinik sınağının keçirildiyini nəzərə çatdırıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1152   Tarix: 18 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

Üst tənəffüs yolları infeksiyalarının artdığı bu dövrdə mütəxəssislər toyuq şorbasının tərkibindəki sistein amin turşusunun bəlğəmi durulaşdıran və tənəffüs yollarını rahatladan təsirinə diqqət çəkiblər.  xəbər verir ki

.

Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 20 milyon insana xərçəng diaqnozu qoyulur və 10 milyona yaxın insan bu xəstəlikdən həyatını itirir. xəbər verir ki, mütəxəssislər bildirir ki, düzgü

.

Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır

Bəzi gündəlik vərdişlər, xüsusilə yatmazdan əvvəl edilənlər, uzun müddətdə böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, zərərsiz görünən bəzi davranışlar böyrəklər

.

Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı

Mədə xərçəngi dünyada geniş yayılmış, lakin çox vaxt gec mərhələdə aşkarlanan xəstəliklərdən biridir. 300-dən çox xəstənin məlumatları əsasında aparılan yeni təhlil bu xəstəliyə yoluxan insanların həyat tərzində ortaq xüsusiyyətlər

.

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin həm daxili, həm də qabıqları ilə sağlamlıq üçün çox faydalı bir meyvədir. Qabıqlarından hazırlanan xoş ətirli çay, tərkibindəki yüksək C vitamini sayəsində bədəni xəstəliklərə qarşı qoruyur, həzm sistemini tənzimləyi

.

Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir

Qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalorini sabit saxlayan insanlar daha sürətli arıqlayır. xəbər verir ki, nəticələr "Health Psychology" jurnalında dərc olunub. 112 nəfərin iştirak etdiyi 12 həftəli

.

Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları

Müasir həyatın ayrılmaz hissəsinə çevrilən stress insan orqanizminə həm fiziki, həm də psixoloji təsir göstərir. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qısa müddətli stress bəzən faydalı olsa da, uzun müddətli gərginli

.

Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri

​Tropik meyvələr arasında həm dadı, həm də ekzotik görünüşü ilə ən çox sevilənlərdən biri olan ananas sağlam qidalanma siyahılarının əvəzolunmazı hesab olunur. Vitamin mənbəyi kimi tanınan bu "ekzotik kral" arıqlam

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

turlar.az

geyim necə seçməli hamilelikde qidalanma qadin sayti tərəvəzlər şirniyyat və tortlar yay geyimleri hamilə qala bilmək kosmetika sevda dostluq ikizler insan novruz hakista