Altsheymer xəstəliyi

Altsheymer xəstəliyiBu xəstəlik əsasən yaddaşın itirilməsi və demensiyanın geniş yayılmış formasıdır. Adətən 65 yaşdan yuxarı insanlara Altsheymer xəstəliyi diaqnozu qoyulur. Amma daha erkən yaşlarda da üzə çıxa bilər. Bir çox hallarda xəstəlik qısamüddətli yaddaş itkisi ilə başlayır. Yəni insan bu yaxınlarda əldə etdiyi informasiyanı asanlıqla unudur, eyni zamanda uzaq keçmişə aid fakt və məlumatları xatırlayır. Sonra izə uzunmüddətli yaddaş pozulur və bir sıra simptomlar üzə çıxır. Xəstəliyin yaranmasını erkən yaşlarda gen mutasiyası ilə əlaqələndirmək üçün bir səbəb var. Eyni zamanda genetika üzrə alimlərin fikrinə əsasən, yaxın qohumları Altsheymer xəstəliyindən əziyyət çəkən şəxslər risk qrupuna daxildir.
Xəstəlik zamanı orqanizmdə bir sıra patoloji proseslər gedir. Məsələn, beyin toxumalarında beta-amiloid və tau-zülal formalaşır. Bundan əlavə, neyronlar və sinaptik əlaqələr itir. Bu isə beyinin bəzi hissələrinin atrofiyasına səbəb olur. Qısacası, bir çox sinir hüceyrəsi məhv olur, maddələr çatışmazlığı yaranır. Bu maddələr isə sinir impulslarının ötürülməsi üçün vacibdir. Xəstəlik zaman keçdikcə inkişaf edir.
Çox təəssüf ki, son zamanlar Altsheymer xəstəliyinin "cavanlaşması" prosesi gedir. Artıq 45-65 yaş arası insanlarda da bu xəstəlik müşahidə edilir. Qohumları bu xəstəlikdən əziyyət çəkən insanlarla yanaşı, intellektual əmək və intellektual aktivliklə əlaqəsi olmayanlar, şəkərli diabet, artıq çəki, xroniki hipoksiya, başın əsas damarlarının aterosklerozu xəstəliyindən əziyyət çəkənlər də risk qrupuna daxildir.
Xəstəliyin birinci simptomları
İlk simptomlar son diaqnozun qoyulmasından bir neçə il əvvəl üzə çıxır. Xəstəliyin bu mərhələsi pre-demensiya adlanır. Xəstəliyin başlamasını nə göstərir? İlk əvvəl qısamüddətli yaddaş itkisi və yeni məlumatı əldə etməklə çətinlik çəkməkdən söhbət gedir. Fikrini toplamaqda çətinlik çəkmək, gündəlik işləri yenidən planlamaq, abstrakt və məntiqi fikirdə problemlərin yaranması, bəzi sözlərin mənasını unutmaq da həyəcan siqnalı sayıla bilər. Pre-demensiya mərhələsində apatiya yarana bilər və növbəti mərhələdə bu, xəstəliklə müşayət olunur.
Pre-demensiyadan sonra Altsheymerin növbəti mərhələsi, yəni ilkin demensiya mərhələsi başlayır. Yaddaş itkisi artır, aqnoziya, yəni müxtəlif növ qavrayışın pozulması (taktil, göz və eşitmə) başlayır. Bununla yanaşı, şüurun həssaslığı olduğu kimi qalır. Tez-tez danışıq, qavrama, icra və hərəkət funksiyalarında pozuntular müşahidə edilir.
Sonra mülayim demensiya mərhələsi başlayır. Bu dövrdə yuxarıda sadalanan simptomlar daha da artır, hərəkət koordinasiyası daha çox pozulur, yazma və oxuma bacarıqları itir. Pasiyent elementar məişət funksiyalarını yerinə yetirə bilər (geyinmək, gigiyenik prosedurları həyata keçirmək) amma zamanla bu işdə də onun yardıma ehtiyacı yaranır. Uzunmüddətli yaddaş itkisi başlayır, davranış pozuntuları yaranır və bu adətən axşamlar daha da kəskinləşir. Göz yaşı, qıcıqlanma, aqressiya və hətta avaralanmağa meyllilik də yarana bilər. Qohumlar və doğmalar bu zaman stress keçirir. Bu səbəbdən Altsheymerdən əziyyət çəkən xəstələri xüsusi müəssisədə müalicə etmək bir çox hallarda problemin həlli yolu sayılır.
Xəstəliyin son mərhələsi ağır demensiya adlanır. Bu mərhələdə pasient tam olaraq kənar yardıma ehtiyac duyur, onun danışığı anlaşılmaz kəlmələrdən ibarət olur, söz ehtiyatı minimuma düşür. Adətən apatiya xəstəni tərk etmir, onun əzələ kütləsi zəifləyir, bütün vacib hərəkətləri kənar yardım olmadan həyata keçirə bilmir. Bu sıraya qida qəbulu da daxildir. Bir çox hallarda hərəkətsizlik pnevmoniyaya səbəb olur. Bu osə sonradan ölümlə nəticələnir.
Altsheymer sindromunun səbəbləri
Günümüzdə Altsheymer xəstəliyinin yaranmasına aid üç hipotiz var. Onlardan hər biri də məntiqə uyğundur. Aşağıda bu hipotizləri sıralayırıq:
-Xolinergik hipotizə əsasən, bioloji aktiv maddələrin, yəni neyromediator atsetilxolinin sintezinin azalması bu xəstəliyə səbəb olur. Sözügedən maddə sinir-əzələ ötürülməsini həyata keçirir.
-Amiloid hipotizinə əsasən, beta-amiloid peptidlərin orqanizmə yığılması Altsheymer xəstəliyinə səbəb olur.
-Tau-hipotezə əsasən tau-zülalın strukturunda yaranan sapmalarla əlaqəli bir sıra pozuntular yaranır və bu da xəstəliyin yaranmasına səbəb olur.
Təcrübələr göstərib ki, irsi daşıyıcılıq da xəstəliyə yoluxma riskini artırır amma Altsheymerin əsas səbəbi sayılmır.
Rusiya Elmlər Akademiyasının Biologiya İnstitutunun alimləri Moskva Dövlət Universiteti və London Kral Kollecinin tədqiqatçıları ilə müştərək təcrübə apararaq müəyyən ediblər ki, peptid-müdafiəçilərin peptid-qatilə çevrilmə prosesi sink ionları ilə mümkündür. Bu isə düşünməyə imkan verir ki, beta-amiloid peptidlərin aqreqasiyasını dayandıran dərman istehsal etmək mümkündür.
Bundan əlavə, Altsheymer xəstəliyinə müsbət təsir edən bir sıra üsullar var. Bu üsulların köməyi ilə simptomları yüngülləşdirmək, xəstəliyin inkişafının qarşısını almaq olar. Müalicənin effektivliyi zamanında həyata keçirilən diaqnostikadan asılıdır. Xəstəlik nə qədər tez müəyyən edilsə, görülən tədbirlər o qədər effektiv olur.
Dəstəkləyən terapiya
-Medikamentoz terapiya patoloji prosesin əlaqələrinə təsir etməyə imkan verir. Bu səbəbdən Altsheymer xəstələrinə plastır formasında preparatlar təyin edilir, bu dərmanları dəriyə yapışdırmaq lazımdır. Preparatlar yaddaşı və nitqi yaxşılaşdırır, reaksiyaları sürətləndirir.
Beyin qan dövranını yaxşılaşdırmaq və neyronları qorumaq üçün serebrolizin və aktovegin təyin edilir. Gərginliyi aradan qaldırmaq və yuxusuzluqla mübarizə üçün tioridazin təyin edilir. Psixi-emosional gərginliyi aradan qaldırmaq üçün xəstələrə qlitsin təyin edilir.
Psixi-sosial terapiya medikamentoz müalicəni tamamlayır. Bu terapiya Altsheymer xəstəliyinin ilkin mərhələsində pasientə bu xəstəliyə alışmağa kömək edir. Xatirələrlə işləmək, söhbət, intellektual tapşırıqlar beyinin fəaliyyətini stimullaşdırır və pasientin psixi-emosional vəziyyətinə müsbət təsir edir. Bunu həm fərdi, həm də qrup şəklində həyata keçirmək mümkündür.
Beləcə, Altsheymer xəstəliyinin universal dərmanı yoxdur. Amma xəstənin vəziyyətini yaxşılaşdırmaq və normallaşdırmaq mümkündür. Bunun üçün isə vaxtında diaqnoz qoymaq və uyğun müalicə kursu seçmək lazımdır.
Altsheymerin ilkin simptomları zamanı dərhal həkimə müraciət etmək və həyat tərzini tamamilə dəyişmək lazımdır. Hərəkət aktivliyinin və intellektual aktivliyin, söhbətin olmaması, vitamin çatışmazlığı, pis vərdişlər (spirtli içki və tütün məmulatları) xəstəliyi sürətləndirə bilər və onun inkişafına təkan verə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1280   Tarix: 31 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar. -a istinadən xəbər veri

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

Dünəndən qalan çayı içmək olar?

Çay dünyada ən çox istifadə olunan içkilərdən biridir. Bəzən dəmlənmiş çay süfrədə saatlarla qalır, hətta ertəsi gün yenidən içilir. Bunun sağlamlıq üçün nə dərəcədə təhlükəli olması ilə bağlı isə müxtəlif iddialar yayılır

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

turlar.az

qaşların formalari yay geyimləri 2026 maskalar gavalının faydaları ana südü ayaqqabi modelleri 2026 kök suyu kosmetika novruza aid hakisda səməd vurğun öpüşme azerbaycanli is adami amerikada gullelendi oyunlar