Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdirBŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib.
Milli.Az xəbər verir ki, araşdırmada 2020-2024-cü illərdə ABŞ-də qeydə alınan 12,7 milyondan çox ölüm halı və 503 müxtəlif peşə qrupu təhlil edilib. Tədqiqatçılar radiasiya ilə əlaqələndirilən leykemiya, limfoma, süd vəzi, qalxanabənzər vəz, prostat, dəri və digər xərçəng növlərindən ölüm göstəricilərini araşdırıblar.
Nəticələrə görə, stüardessalar radiasiya ilə əlaqəli xərçənglərdən ölüm göstəricisinə görə 503 peşə arasında ilk, pilotlar isə ikinci yerdə qərarlaşıb. Stüardessalarda bu xərçənglərdən ölüm ehtimalı ümumi işləyən əhali ilə müqayisədə təxminən 50 faiz, pilotlarda isə 36 faiz daha yüksək olub.
Mütəxəssislər bunu əsasən yüksək hündürlükdə uçuş zamanı kosmik radiasiyaya daha çox məruz qalma ilə əlaqələndirirlər. Pilot və stüardessaların ildə təxminən 3-6 millisivert kosmik radiasiya aldığı bildirilir.
Bununla belə, tədqiqatçılar nəticələrin birbaşa səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar. Fərdi radiasiya dozaları və yuxu rejiminin pozulması kimi digər amillər araşdırmada tam nəzərə alınmayıb.
Araşdırmanın nəticələri JAMA Internal Medicine jurnalında dərc olunub.
Müəllif: Nərmin Mahmudova(Milli.Az müxbir)

Xəbərlər     Baxılıb: 1219   Tarix: 20 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

turlar.az

yaz geyimleri 2026 makiyaj instagram geyim seçimi pəhriz diet kesmikli koke xina sozleri toxuma və əl işləri kosmetika nizami gəncəvi hakistalar qiz burcu vetene aid bayati baliq