Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Qocalığı gecikdirən möcüzəvi çərəzlərÇərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, terapevt və lipidoloq Yelena Sebko Gazeta.ru saytına açıqlamasında bu mövzuya toxunub.
1. Qoz
"Qozun başlıca üstünlüyü tərkibindəki bitkimənşəli omeqa-3 (alfa-linolen) yağ turşularının bolluğudur. Bu komponentlər ürək-damar sistemini qoruyur, iltihaba qarşı mübarizə aparır və beyin fəaliyyətini yaxşılaşdırır. Həmçinin, qozun tərkibindəki polifenollar və antioksidantlar hüceyrələri oksidləşdirici stresin təsirlərindən mühafizə edir", - deyə mütəxəssis vurğulayıb.
2. Badam
Yelena Sebkonun fikrincə, faydalı çərəzlər reytinqində ikinci sıranı badam tutur. "Badam güclü antioksidant kimi tanınan E vitamininin ən zəngin mənbələrindəndir ki, bu da damar, dəri və immunitet sisteminin sağlamlığı üçün çox vacibdir. Eyni zamanda, badam əzələ və sinir sisteminin işini tənzimləyən, arterial təzyiqi normada saxlayan maqneziumla doludur. Tərkibindəki lif və zülal bolluğu sayəsində toxluq hissi yaradır, bu isə çəkisinə diqqət edənlər üçün xüsusilə əhəmiyyətlidir", - deyə həkim əlavə edib.
3. Püstə
Siyahının üçüncü pilləsində püstə qərarlaşıb. "Digər çərəzlərlə müqayisədə püstə daha az kalorilidir, lakin kalium, lif, zülal və gözləri qoruyan karotinoidlər (zeaksantin və lutein) ilə zəngindir. Tədqiqatlar sübut edir ki, püstəni müntəzəm olaraq rasiona daxil etmək qanda xolesterin səviyyəsini normallaşdırır və ürək-damar xəstəliklərinin yaranma ehtimalını aşağı salır", - deyə lipidoloq qeyd edib.
4. Fındıq
Həkim reytinqin dördüncü yerini fındığa layiq görüb. "Fındıq E vitamini, manqan, mis və mono-doymamış yağ turşuları ilə doludur. Bu tərkib sinir sisteminin, qan damarlarının və birləşdirici toxumaların sağlam qalmasını təmin edir", - deyə Y. Sebko bildirib.
5. Braziliya qozu
Ən xeyirli beş çərəzin siyahısını Braziliya qozu yekunlaşdırır. "Onun ən böyük özəlliyi tərkibindəki rekord miqdarda seleniumdur. Bu vacib mikroelement qalxanvari vəzin və immun sisteminin düzgün işləməsi üçün mütləqdir. Lakin bu çərəzdən istifadə edərkən diqqətli olmaq lazımdır: seleniumun normadan artıq qəbulu zərərli ola biləcəyi üçün gün ərzində 1-2 ədəd yemək tamamilə bəs edir", - deyə terapevt xəbərdarlıq edib.
Mütəxəssis sonda xatırladıb ki, bütün növ çərəzlər yüksək kalorili qidalar sırasındadır. Bu səbəbdən gün ərzində tövsiyə olunan ideal miqdar təqribən 25-30 qram, yəni kiçik bir ovuc qədərdir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 1249   Tarix: 17 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim seçimi gözəllik məhsulları qaşların formalari qızartma çimərlik dəbi faydalı qidalar sizanaqlar kosmetika maskalar dolca burclerin uygunlugu saglam qidalanma anabaci