Amarant bitkisinin faydaları

Amarant bitkisinin faydalarıAmarant qırımızı və uzun çiçəklərə malik olan bir bitkidir. Onun boyu 3 metrə qədər qalxa bilir. Amarant dənli bitkilərdən hesab edilir. Onun qara, çəhrayı, sarı və ya yaşıl rəngdə toxumları olur. Amarant çiçəkləri öz təravətini uzun müddət saxlaya bilir. Bu səbəbinə görə də onu qış fəslində evin gözəl görünməsi üçün dibçəkdə yetişdirirlər. Amarant bitkisi Antraktidadan başqa dünyanın bütün yerlərində yetişə bilən bitkidir. Sənayedə amarantın toxumlarından geniş istifadə olunur.
Faydalı tərkibi
* vitaminlər - A(beta-karotin), B1(tiamin), B2(riboflavin), PP(nikotin), B3, B5(pantoten turşusu), B6(pridoksin), B9(fol turşusu), C(askorbin turşusu), E(tokoferol), B4(xolin)
* makroelementlər - kalium, kalsium, maqnium, natrium, fosfor
* mikroelementlər - dəmir, marqanes, selen, sink.
Amarat toxumlarının qida dəyəri onun tərkibində olan 20-23% zülallar, lizin, yarımdoymamış yağ turşuları, nişasta, sterol və flavonoidlər var. Aramant toxumları ilə qidalanmaq orqan və toxumların oksigenlə qidlalnmasına səbəb olur, orqanizmə immun yüksəldici, dərini möhkəmləndirici təsir göstərir.
Dünyanın bir çox ölkələrində amarant toxumlarından qida vasitəsi kimi istifadə edilir. Ondan tərəvəz, dənli bitki, dərman vasitəsi və qida kimi istifadə edilir. Amarant XXI əsrin ən çox yetişdirilən dənli bitkilərindəndir. Buna səbəb isə onun qida dəyərinin yüksək olması və məhsuldarlığının bol olmasıdır. Amarantdan içkilərin, qidaların, balıq məhsullarının, blanşların, konditer və un məmulatlarının hazırlanmasında istifadə edilir. Onu buğ ilə bişirərək dadlı yeməklər hazırlayırlar.
 Amarantdan orqanizmi möhkəmləndirmək məqsədilə istifadə edilir. Ondan müxtəlif dərman preparatları hazırlanır. Çin təbabətində amarant toxumlarından əldə edilən yağ şiş toxumalarına qarşı radioterapiya müalicəsi zamanı qəbul edilir. Bu yağ dəri və daxili orqanlara yarasağaldıcı, zədələnmiş toxumalara bərpaedici təsir göstərir. Amarant ürək-damar sisteminin möhkəmlənməsinə, dərinin sağlamlaşmasına səbəb olur, orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparır. Amarant toxumları ilə babasil, sidik ifrazı sistemini iltihabi xəstəlikləri, anemiya, diabet, zəiflik, gücsüzlük, nevrozlar, piylənmə, yanıqlar, parodontit, stomatit, mədə və onikibarmaq yarası, atereskleroz xəstəliklərində qidalanmaq orqanizmdə xəstəlik əlamətlərinin azalmasına səbəb olur.
Kosmetologiyada amarant bitkisinin toxumlarından, çiçəklərindən, yarpaqlarından və toxumlarının soyuq üsulla sıxılmasından əldə edilən yağından istifadə edilir.
Amarant yağının tərkibində 8% olan skvalen dəri toxumasının qorumasına səbəb olur. Skvalen dəri üçün lazım olan əsas komponenetlərdən biridir. Skvalen xərçəng hüceyrələrinə qarşı mübarizə aparan maddələrdəndir. O dəriyə qulluq edir, dəri toxumalarının oksigenlə qidalanmasına səbəb olur, sərbəst radikallara qarşı mübarizə aparır. Amarant yağında olan E vitamini zədələnmiş dəri toxumalarını qidalandırır. Amarant yağı dəri toxumasına bərpaedici, qidalandırıcı, tonuslandırıcı, yumuşaldıcı təsir göstərir. Onun antibakterial, qoruyucu təsiri psoriaz, ekzema, neyrodermit, dermatit, allergik dertmatozlar, trofik yaralar və herpes virusu xəstəliklərinin sağalmasını sürətləndirir.
Amarantın zərərli xüsusiyyətləri
Amarantın zərərləri barədə heç bir yerdə qeydlərə rast gəlinməyib. Xolisitit, pankreatit, öd daşı və sidik daşı xəstəliyi zamanı amarantdan istifadə edərkən diqqətli olmaq tövsiyə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1145   Tarix: 18 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetika mehsullari yumurta ile uz maskalari xınayaxdı sözləri xinayaxdi hakista 2026 yaz yay kolleksiyasi kosmetika aydin sani burclerin uygunlugu tərəzi bürcü gözəllik oxu az