Ana südü ilə qidalanma üçün ƏKS-GÖSTƏRİŞLƏR

Ana südü ilə qidalanma üçün ƏKS-GÖSTƏRİŞLƏR"Uşağın sağlamlığı ana bətnindən başlayır və 1000 gün ərzində təməli qoyulur. Beləliklə, uşaqların sağlamlığının qorunması üçün onların qidalanmasına ciddi diqqət yetirmək lazımdır.
Analar övladlarını ən azı 6 aya qədər ana südü ilə qidalandırmaq üçün təşviq edilməlidirlər. Həm hamiləlik dövründə, həm də doğuşdan sonra ana və uşağın qorunması Səhiyyə Nazirliyinin ciddi əhəmiyyət kəsb edən prinsiplərindəndir".
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova Səhiyyə Nazirliyinin instagram hesabında canlı yayımlanan "Uşaq sağlamlığı" mövzusundakı çıxışı zamanı bildirib.
Nazirliyin mütəxəssisi qeyd edib ki, ana südü ilə qidalanma üçün əks göstərişlər az saydadır: "Ana QİÇS, müalicəyə tabe olmayan vərəm və südlə keçən infeksiyalarla xəstələniibsə, uşaq ana südü ilə qidalana bilməz. Ümumiyyətlə isə ana südü allergiyaya səbəb olan amillər sırasında deyil. Əgər uşaqda əmizdirildikdən sonra səpkilər əmələ gəlirsə, deməli ana qidalanmasına diqqət göstərməlidir. Yəni, belə hallar ana südündən imtina edilərək süni qidalara keçmək üçün səbəb ola bilməz. Ana mütləq şəkildə həkimə müraciət etməli və həm özünün, həm də övladının qidalanması ilə bağlı həkimin təyinatına əməl etməlidir. Belə olan halda, ədviyyatlı qidalardan mümkün qədər az istifadə məsləhətlidir. Analar, həmçinin bilməlidir ki, körpəsini əmizdirmək onların kökəlməsinə səbəb olmur. Bu, tamamilə yanlış fikirdir. Əgər süd verən ana düzgün qidalanarsa, o, heç vaxt kökələ bilməz".
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 2414   Tarix: 19 mart 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

turlar.az

toy gecesi makiyaj etmek qaydalari qadın geyimi atalar sözləri elm haqqinda şorba reseptləri qadın alt paltarları avto qadın kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır rus dilini oyrenek 2ci ders sanamalar vetene aid bayati novruz bayramına aid bakışta