Ana südünün artırılması üçün ÜMUMİ TƏLİMAT

Ana südünün artırılması üçün ÜMUMİ TƏLİMATİlk bir neçə gün və ya həftə ərzində döşləri əmizdirməklə və ya südsağan aparat vasitəsi ilə tez-tez stimullaşdırmaq bol ana südü ehtiyatının yaranmasında mühüm rol oynayır.
Əgər siz öz süd eyhtiyatınızın miqdarının aşağı olduğunu hiss edirsinizsə, aşağıdakı məsləhətlərimizə əməl etməyə çalışın. Əgər siz dediklərimizə davamlı əməl etsəniz, çox güman ki, bir neçə gün ərzində artımı hiss edəcəksiniz. Körpənizin ehtiyacını ödəyəcək qədər süd ehtiyatınızın artırılma prosesi sizdən bir ay və ya daha artıq vaxt tələb edə bilər, lakin bununla siz davamlı və tədrici artımın şahidi olacaqsınız. Siz əmizdirməyə güc və vaxt sərf etdiyinizə görə sevinəcəksiniz, həm də körpəniz buna sevinəcək!
Döşü daha çox stimulyasiya edin
- Daha tez-tez əmizdirin, 24 saat ərzində ən azı 8-12 dəfə
- Uşaq əmziklərindən istifadə etməyin.
- Körpənizi yuxudan oyatmalı olsanız belə, özünüz yatmamışdan əvvəl "bir daha əmizdirmə" prinsipinə əməl etməyə çalışın.
- Hər əmizdirmə zamanı hər iki döşünüzü uşağa verin.
- "Gəyir və Başla" texnikası – hər döşdən iki və ya üç dəfə yararlanmaq və müxtəlif vəziyyətlərdə əmizdirmək
- "Əmizdirməyi artırın" – körpəniz acdırsa, hər 10-20 dəqiqədən bir qısa müddətli əmizdirin.
- Körpənizi əmizdirən zaman döşlərinizi massaj etməklə yaxşı-yaxşı boşaldın.
- Hər əmizdirmədə körpənizin döşlərinizi tamamilə boşaltdığına əmin olun.
Ana südünün azalmasına səbəb olan aşağıdakı amillərdən çəkinin
- Siqaret çəkmək
- Kaffein
- Hamiləlik əleyhinə həblər və inyeksiyalar
- Antikongestantlar, antihistaminlər
- Ağır arıqlama pəhrizləri
- Nanə, cəfəri, adaçayı (həddən artıq miqdarda)
Südsağan aparatdan istifadə edin
- İki komplektli tibbi dərəcəli südsağan aparatdan istifadə edin.
- Əmizdirmədən sonra və əmizdirmə arası südsağan ilə südü sağın.
- Sağmadan öncə 10-15 dəqiqə dincəlin, nə isə yeyin və isti maye qəbul edin.
- Sağmadan öncə döşlərinizə isti kompres qoyun və masaj edin.
- "Güclü sağma" texnikasından istifadə edin, yəni gün ərzində hər saatda 15 dəqiqə südsağandan istifadə edin və ya 10 dəqiqə sağın, 10 dəqiqə dincəlin, 10 dəqiqə yenə sağın və beləcə bir saat ərzində davam edin.
Özünüzü şərti refleksə hazırlayın
- Körpənizi təsəvvür edin, onun şəkillərinə baxın, onun paltarlarını və ya uşaq pudrasını qoxulayın.
- Həmişə eyni sakit, rahat məkanda südsağan vasitə ilə döşünüzü sağın, özünüzə proqram tərtib edin.
- Sakit, dərin və rahat nəfəs alın, çiyinlərinizi sərbəst saxlayın.
Anaya qayğı
- Stess və aktivliyi azaldın, ətrafınızdakılardan kömək alın.
- Çoxlu maye qəbul edin.
- Bəsləyici yeməklərlə qidalanın, prenatal vitaminlərin qəbuluna davam edin.
- Kürəyi sürtmək döşləri təmin edən sinirləri stimullaşdırır (onurğa sütunun orta hissəsi).
- Körpənizlə bədən-bədənə yaxın olan vaxtları artırın, onunla birlikdə istirahət edin.
- İsti vanna qəbul edin, çoxlu oxuyun, düşünün və etməli olduğunuz məsələləri başınızdan çıxarın.
Bitkilər, qidalar və dərmanlar
- Hər gün bir boşqab yulaf yarması yeyin.
- Güldəfnədən hazırlanan yeməklər ana südünün miqdarını xeyli artırır. Adətən gündə üç dəfə 3-5 kapsul dozasında (580-610 mq) qəbul etmək məsləhət görülür. Bu barədə öz həkiminizlə məsləhətləşin. Əgər siz diabetik, hipoqlikemik, asmatiksiniz və ya yer fındığına və digər paxlalılara qarşı allergiyanız varsa, güldəfnə toxumlarından istifadə etməkdən çəkinin. Güldəfnəni bir sıra vitamin mağazalarından və ya sağlam qida mağazalarından əldə edə bilərsiniz. Göstərişə əsasən qəbul edilərsə, bu bitkinin bədəndə zəif spesifik qoxusu biruzə olunur. Bu isə onu göstərir ki, bitki orqanizmdə öz işini görməkdədir.
- Dərmanlar da bəzən süd ehtiyatının artmasına yardım edir. Dərmanlardan istifadə etməmişdən öncə mütləq öz həkiminizlə məsləhətləşin.
Gündəlik qeydlər aparın
- Südsağan ilə sağma seanslarının sayı, əldə edilən südün miqdarı, körpənizə verməli olduğunuz südün miqdarı və 24 saatlıq südün yekun miqdarına – bu kəmiyyət hər seansda aparat vasitəsilə sağılan südün miqdarından daha önəmlidir – dair gündəlik qeydlər aparmaq çox əhəmiyyətlidir. Bu qeydlər sizin günbəgün necə irəlilədiyinizi görməyə kömək edəcək.
- Öz həkiminizlə əlaqə saxlayın, belə ki, o sizin inkişafınıza nəzarət edə və lazımi dəyişikləri edə bilər.
Ayrılmış cift
- Əgər siz 2 həftə sonra heç bir irəliləyiş görmüzsünüz və hələ də vaginal qanaxma müşahidə edirsinizsə, o zaman öz həkimizə müraicət edin və ayrılmış cift qalığının qalıb qalmamasına dair yoxlanın. Südün gəlməsinin qarşısını almaq üçün ciftin ən kiçik hissəsi belə kifəyət qədər hormon irfraz edə bilir.
Hipotiroid
- Həkimizlə məsləhətləşərək qalxanabənzər vəzin səviyyəsini yoxladın. Qalxanabənzər vəzin səviyyəsinin aşağı olması süd ehtiyatına öz təsirini göstərir. Əgər siz qalxanabənzər vəz üçün dərman qəbul etmisinizsə, doğuşdan sonra qalxanabənzər vəzin səviyyəsini bir daha yoxladın. Ola bilər ki, siz tiroid dərmanınızı dəyişməli olasınız.
Əgər əlavə qida məsləhət görülürsə
- Lazım olan miqdarı həkiminizlə müəyyənləşdirin.
- Əmizdirmədən sonra südsağan ilə döşünüzü sağın.
- Əlavə süni qidanı elə verin ki, əmizdirmə ilə qarışdırılmasın.
- Birinci metod sinənin üzərindən zond borucuğu bərkitməklə istifadə etmək,
- İkinci metod stəkan, qaşıqdan istifadə və digər döşdənkənar əmizdirmə üsulları (pipet, fincan, şprits və s).
- Üçüncü metod əmzikli şüşə ilə əmizdirmə.
- Tədricən əlavə süni qidalardan istifadə etməyi tərgidin ki, döşlərinizdə südün daha çox istehsalına nail olasınız.
Müəllif: Vergie Hughes
Tərcümə edən: Mirzəyeva Ülviyyə
Mənbə: Anasudu.az
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 1773   Tarix: 19 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

turlar.az

qadin dunyasi reseptler qaşların formalari yumurtlama dovru bulka reseptləri 2026 ayaqqabı modelləri tərbiyə kosmetika