Anadangəlmə və qazanılmış bronxhektaziya

Anadangəlmə və qazanılmış bronxhektaziyaBronxhektaziya bronx divarının irinli-iltihabi destruksiyası nəticəsində bronxların geridönməz patoloji genişlənməsidir. Xəstəlik əksər hallarda uşaq yaşlarında baş verən və xroniki və endobronxial irinləmə ilə təzahür edən, bronxların lokal genişlənməsidir. Xəstəlk qadınlara nisbətən kişilər arasında daha geniş yayılmışdır.
Bronxektaziya 2 cür əmələ gələ bilir:
1. Anadangəlmə.
2. Qazanılma.
Anadangəlmə bronxhekyaziya nadir patologiya olub, ağciyər strukturunun pozulması zamanı əmələ gəlir.
Qazanılma bronxhektaziyaya isə aspergilloz, vərəm, göyöskürək, pnevmoniya xəstəliklərinin nəticəsi olaraq rast gəlinir.
Qazanılma bronxhektaziyanın morfoloji quruluşuna görə bir çox növləri var:
* Atelektattk bronxhektaziya.
Bu zaman ağciyərlərin geniş atelektaz zonalarında əmələ gəlmiş və çoxlu bronx şaxələrinin patoloji böyüməsi baş verir, ağciyərin parenximası arı pətəyinə bənzəyir.
* Destruktiv bronxhektaziya.
Bu bronx və onu əhatə edən toxumanın irinləməsi zamanı əmələ gələn kisəyə bənzər bronxhektaziyadır.
* Postbronxitik bronxhektaziya.
Bronxların divarlarının distrofik dəyişiklikləri nəticəsində xroniki bronxitin sonu və ya bronxun divarının əriməsi və ya onun tonusunun pozulması nəticəsində əmələ gələn bronxhektaziyadır.
* Poststenotik bronxzhektaziya.
Bronxostenozda bronxun daralma yerindən distal seliyin durğunluğu və divarların atoniyası nəticəsində əmələ gəlir.
* Retension bronxhektaziya.
Bu zaman bronx divarının tonusu itir və ya onun bronxial sekretlə dartılması baş verir.
Broxhektaziyanın gedişinə görə kəskin və residivləşən fazası var. Xəstəlik vaxtında və düzgün müalicə olunmadıqda aşağıdakı ağırlaşmalara səbəb ola bilir:
- residivləşən pnevmoniyalar
- tənəffüs və ağciyər-ürək çatışmazlığı
- ikincili amiloidoz
- qanhayxırma və qanaxma
- ağciyərlərin emfizeması.
Xəstəlik özünü səhərlər oyandıqda və gecələr yatana yaxın baş verən bəlğəmli öskürək tutmaları ilə biruzə verir. Bəlğəmin sutkalıq miqdarı 150-200ml-ə çatır. Xəstənin hərarəri 38-39*-ə qalxır, xəstədə qanhayxırma müşahidə edilir. Tənəffüs zamanı döş qəfsində ağrılar olur və xəstə arıqlayır.
Xəstəliyə diaqnozun qoyulmsında rentgenoloji müayinə, bronxoskopiya və bronxoqrafiyanın nəticələri əsas götürülür. Xəstənin ümumi analizləri və bəlğəm labioaror müayinə olunur.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1014   Tarix: 02 fevral 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

geymler 2026 qadin dunyasi qaşların formalari alt geyimləri düşüncə dərsi infeksiya ailə hamiləlik kosmetika tanisliq muellim seiri janrlar kondom nedir seksler