Analıq hər yaşda gözəldir

Analıq hər yaşda gözəldirQadınların işləməsi və ictimai həyatda daha aktiv iştirak etmələri, təhsil müddətlərinin çox olması və həyat şərtlərinin inkişaf etməsi son 20 ildə hamiləlik üçün orta yaş həddinin artmasına səbəb olmuşdur. Daha gec yaşda uşaq dünyaya gətirən, xüsusilə də ilk uşaq üçün 30 yaşlarını gözləyən qadınlar çoxdur. Tibdəki nailiyyətlərə paralel olaraq hamiləliyə nəzarətdə də irəliləyişlər gec yaşda hamilə qalmağa təşviq edən bir hal oldu. Uzun illər boyu sonsuzluğun müalicəsini alıb, lakin uşaq sahibi olmayan bir çox cütlüyün sonsuzluq müalicələrində yaranan inanılmaz nailiyyətlərdən faydalanmaq istəməsi də bu artımda mühüm rol oynayıb. ABŞ-da 63 yaşında ana olan bir qadının televiziya və qəzetlərdə nümayiş olunması gec yaşda uşaq dünyaya gətirməkdən qorxan anaları cəsarətləndirdi.

Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov deyib.

Həkim bildirib: "Gec doğan qadın deyildikdə 35 və daha çox yaşı olan analığa namizədlər nəzərdə tutulur. Yaş ilə birlikdə qadının hamilə qalma ehtimalı da azalmağa başlayır. 40 yaşlarında hamilə qalma ehtimalı 50 faizə qədər azalır. Təbii üsullarla hamilə qalma şansının azalmağına baxmayaraq sonsuzluğun müalicəsi ilə bu şans 10 faizə qədər arta bilir. Bu müalicədə vacib olan yumurtalıqların rezervidir. 40 yaşlarında hamiləlik planlaşdırarkən qadının ümumi sağlamlıq vəziyyəti də böyük əhəmiyyət kəsb edir. Gec yaşda hamilə qalan bir çox qadının sağlam körpə dünyaya gətirməsinə baxmayaraq ağırlaşmalar baxımından risk gənc analara nisbətən daha yüksəkdir. Riskin hansı yaşdan sonra artması ilə bağlı fərziyyələr mövcuddur. Geniş istifadə olunan 35 yaş meyarı əslində tam olaraq düzgün deyil. Qadının hamilə qalmaq potensialı və ağırlaşmaların yaranması riski yaşla əlaqədar olaraq dəyişir, amma demək olmaz ki, müəyyən bir yaşda bu risklər anidən artır.

Belə hallarda ən çox qorxulu olan hal xromosom anomaliyası olan körpə dünyaya gətirməkdir. Bunlardan ən çox rast gəlinən Daun sindromudur. Bu sindromla doğulan uşaqlarda əqli çatışmazlıqla yanaşı, bəzi orqan anomaliyalarına da rast gəlinir. Lakin hamiləlik zamanı edilən perinatal müayinələr, xüsusilə amniosintez və xorion xovlarının biopsiyası ilə bu sindromun diaqnozu qoyulur. Son vaxtlar üçlü testin Daun sindromunun diaqnozunun qoyulması üçün əhəmiyyəti mübahisəli olsa da perinatal diaqnostikada istifadə olunur.

Bütün insanlarda yaş artdıqca bəzi xəstəliklərin rastgəlmə tezliyi də artır. Bu xəstəliklər arasında ən əhəmiyyətliləri və ən çox rast gəlinənləri şəkərli DİABET və yüksək təzyiqdir.

Ümumiyyətlə, yaş artdıqca şəkərli diabetin də rastgəlmə tezliyi artır. Xüsusilə xalq arasında yaşla əlaqədar şəkər deyilən II tip şəkərli diabet hamiləlikdə bəzi arzuolunmaz vəziyyətlərə səbəb olur. Şəkərli diabet olan analığa namizədlərdə digərlərinə nisbətən preeklampsiya riski daha yüksəkdir. Həmçinin bu qadınlarda düşüklər, vaxtından qabaq doğuş, plasentada zədələnmələr və ölü doğulmalara daha çox rast gəlinir. Diabetli anaların dünyaya gətirdiyi körpələrdə daha çox problemlər neonatal dövrdə olur. Hamiləlikdən qabaq şəkərli diabeti olmayan, yaşı çox olan qadınlar isə hamiləliklə əlaqədar meydana çıxan hestosion diabet baxımından diqqətli olmalıdırlar. Bu qadınların hamiləliyinə nəzarət zamanı qanda şəkərin səviyyəsi mütəmadi olaraq yoxlanılmalı və mütləq skrininqlər aparılmalıdır. Hestosional diabet aşkar edildikdə çox zaman bunu pəhrizlə nəzarətdə saxlamaq mümkün olur. 15 faiz hallarda isə insulinlə müalicəyə başlamağa ehtiyac duyulur. Hamiləliyin başa çatması ilə birlikdə diabet problemləri də aradan qalxır. Gec yaşlarda qan dövranında pozuntular yaradan şəkərli diabet və yüksək təzyiq daha çox müşahidə olunduğu üçün bu anaların körpələrində uşaqlıq daxili inkişaf ləngiməsinə daha çox rast gəlinir. Nadir hallarda hamiləlikdən sonra diabet qalıcı ola bilər.

Yüksək təzyiq də yaşla əlaqədar daha çox rast gəlinən problemlərdəndir. Hamiləlikdən əvvəl mövcud olan və ya hamiləlik zamanı meydana çıxan yüksək təzyiq dölün qəfləti ölümü, ciftin vaxtından qabaq ayrılması kimi ana və körpənin həyatı üçün təhlükəli olan vəziyyətlər yarada bilər. Həmçinin eklampsiyanın rastgəlmə tezliyinin artması ilə daimi iz buraxan sinir sistemi pozğunluqları da çoxalır.

Yaşla əlaqədar olaraq xərçəng də daxil olmaqla bir çox somatik xəstəliklərin rastgəlmə tezliyi artır. Bu xəstəliklərlə hamiləlik bir-birinə mənfi təsir edə bilər. Bu səbəbdən gec yaşda hamilə qalan qadınlar daha çox nəzarətdə saxlanılmalıdırlar.

Ümumiyyətlə ananın yaşının artması ilə birlikdə çoxdöllü hamiləlik, düşük və müxtəlif anomaliyaların yaranma ehtimalı da artır.

Düşüklərin ən əsas səbəbi xromosomal anomaliyaların olması və yaşla əlaqədar bu anomaliyaların rastgəlmə tezliyinin artmasıdır. Bu səbəbdən irəliləmiş yaşlarda hamilə qalan qadınlarda düşüyə dörd dəfə çox rast gəlinir. Bundan əlavə yaşla birlikdə Daun sindromu başda olmaqla xromosom anomaliyalarının da riski artır. Lakin irsi yolla keçməyən dovşandodaqlılıq və qurdağızlılıq kimi anomaliyaların rastgəlmə tezliyində artım müşahidə olunmur.

Bir sıra problemlərlə yanaşı, yaş artdıqca aşkar və ya gizli çanaq infeksiyası keçirmə ehtimalı da artır. Hər infeksiya borularda müəyyən qədər iz qoyur. Boruların hərəkət etmə potensialının azalması səbəbindən gec yaşda ana olmağa namizəd qadınlarda uşaqlıqdan kənar hamiləlik digərlərinə nisbətən daha çox müşahidə olunur.

Yaşın artması ilə birgə plasenta previa, yəni cift gəlişi tezliyi də artır ki, bu zaman da hamiləlik qanaxmaları daha çox müşahidə olunur. İnkişaf ləngiməsinə səbəb olan amillər vaxtından qabaq doğuşa da səbəb ola bilər. Gec doğan analarda ağırlaşmalara daha çox rast gəlindiyi üçün ana və dölün həyatını xilas etmək məqsədi ilə edilən kesar kəsiyi əməliyyatlarına da 2-3 dəfə çox ehtiyac duyulur.

Gec yaşda hamiləlik planlaşdırılarkən yüksək təzyiq və şəkər xəstəliyi kimi ümumi xəstəliklərin nəzarət altında saxlanılması lazımdır. Artıq çəki varsa, bundan xilas olmaq lazımdır. Kök qadınların hamiləlikləri zamanı problem yaşama ehtimalları daha çoxdur. Xüsusilə fol turşusundan ibarət vitamin preparatlarının qəbulu döldə inkişaf etməsi mümkün olan sinir sistemi anomaliyalarının rastgəlmə tezliyini azaldır.

Gec yaşda ana olmaq istəyi qadının sağlamlığına müəyyən qədər təhlükə yaratsa da, daha yetkin qadının 20 yaşlarındakı hamilələrə görə daha real və körpəsinə daha çox bağlı olmasını da qeyd etmək lazımdır.

Sağlamlıq     Baxılıb: 2159   Tarix: 03 sentyabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

toy makiyajlari aksessuarlar gelinlikler her sey daxil ayaqqabi modelleri 2026 mətbəx vaginal təmizlik kosmetika qaynana sağlamlıq uşaq nece olur faydalı maskalar novruz bayramina aid