Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Bir müddət əvvəl anasını itirən müğənni İntiqam Kərimov kədərini bölüşüb.
İfaçı "Şadlıq olsun" proqramında anasının vəfatından danışaraq, yaşadığı ağır günləri xatırlayıb:
"Anam axşam yatdı, səhər ayılmadı.
Gəlib yanına uzandım, qucaqladım, ayrıla bilmirdim ondan. Həyatının son iki günü o qədər yaxşı idi ki... Əvvəl gözü zəif görürdü, qulağı eşitmirdi. Amma son iki gün hamısı düzəlmişdi. Anam mahnılarımı oxuyurdu, deyirdi ki, gedib oğlumu festivalda izləyəcəyəm. Rok festivala hazırlaşırdım. 67 yaşım var, hönkür-hönkür ağlayırdım.
Onda anladım ki, anam yoxdur artıq.
Ana və ata başqadır. Bunlar bir dəfə olur və bitdi. Hər şeyi əldə etmək olar, valideyni yox. Anam Qaxda yaşayırdı, bir dəfə gətirdim yanıma, amma qalmadı. Sonra evdə yıxıldı, başı zədələndi. Gətirdik bura, dedik artıq tək qalmaq olmaz". / azxeber.com









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?