ANS-in tanınmış jurnalistinə VƏZİFƏ VERİLDİ - FOTO/VİDEO
Gürcüstan- Azərbaycan Media Mərkəzi hər iki ölkənin media körpüsü funksiyasını daşıyacaq
Gürcüstanda "Gürcüstan- Azərbaycan Media Mərkəzi" fəaliyyətə başlayıb. Bir qrup azərbaycanlı gəncin təsis etdiyi mərkəzin rəhbəri tanınmış jurnalist, "Amerika-Azərbaycan Jurnalistika Akademiyası" nın məzunu, uzun illər ANS TV-də çalışan Amil Hacıyevdir.
Xanim.az xəbər verir ki, jurnalistin istipress-ə verdiyi məlumata görə, "Gürcüstan-Azərbaycan Media Mərkəzi"nin əsas məqsədi iki ölkə mediası arasında əməkdaşlıq, fikir, təcrübə mübadiləsi aparmaq, dostluq əlaqələri yaratmaqla hər iki dövlətin həqiqətlərini yaymaqdır. "Son zamanlar müşahidə etdim ki, Gürcüstanda iki dövlətin dostluq münasibətlərinə mane olan qüvvələr var. Bunlarla mübarizə üçün həqiqətləri yaymaq lazımdır. Gürcüstan haqqında, orada yaşayan soydaşlarımızın sosial problemlərini qabartmaq, media vasitəsilə onlara dəstək vermək istəyirik", - deyə Amil Hacıyev bildirib.
Onun sözlərinə görə, mərkəz həmçinin bir kommersiya təşkilatı kimi də fəaliyyət göstərəcək. Azərbaycandakı istənilən sayt, hətta televiziyalar buraya gəlmədən müsahibə və tədbirlərin işıqlandırılması üçün Media Mərkəzə müraciət edə biləcək.
Hazırda Media Mərkəzin nəzdində xəbər portalının hazırlanması üzərində də işlər aparılır.
Gürcüstan vətəndaşı olan Amil Hacıyev hazırda "Kvemo Kartli" televiziyasında həftədə 5 gün olmaqla, Azərbaycan dilində efirə gedən xəbərlər proqramının aparıcısıdır.
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri