Antibiotiklər nə dərəcədə ziyanlıdır?

Antibiotiklər nə dərəcədə ziyanlıdır?Antibiotiklərin zərərli olması barədə söhbətlər xeyli dərəcədə şişirdilmişdir. Əksinə, onlardan düzgün istifadə edilməsi insanı bir sıra ağır xəstəliklərdən və onların fəsadlarından qurtara bilər.
Bəzi hallarda elə bir vəziyyət yaranır ki, yalnız antibiotiklərdən istifadə edilməsi, xəstənin hətta həyatının qorunmasına səbəb olur. Bu halda antibiotiklərin zərəri barədə düşünmək yersiz olur.
Antibiotiklərin yanaşı mənfi təsirləri (allergik reaksiya, daxili orqanlara olan toksik təsirlər və s.) kifayət qədər az hallarda rast gəlinir. Əksər hallarda bunun səbəbi, xəstənin antibiotiki həkim tərəfindən təyin olunan qaydada yox, "özü bildiyi" kimi - dozasını, qəbul vaxtını və müddətini dəyişərək qəbul etdiyi hallarda baş verir. Məhz buna görə, antibiotikləri qəbul edərkən həkim tərəfindən təyin edilən qaydalara ciddi şəkildə əməl etmək və antibiotiklərin qəbul edilməsi zamanı özlərində baş verən dəyişikliklər barədə ona məlumat vermək lazımdır.
Qeyd etmək lazımdır ki, antibotiklərin düzgün işlədilməsi zamanı baş verən fəsadlar da olur: bağırsaqların disbakteriozu, immunitetin zəifləməsi və s. Ona görə də disbakteriozun əmələ gəlməməsi üçün, antibiotiklər qəbul edərkən paralel şəkildə probiotiklər, immunitetin normallaşdırılması üçün isə vitamin kompleksləri qəbul etmək lazımdır.
Antibiotikləri alarkən mütləq onların son istifadə olunma tarixlərinə diqqət yetirin. İstifadə vaxtı başa çatmış olan antibiotiklərin qəbul edilməsi çox təhlükəlidir! Çünki, istifadə müddəti başa çatdıqdan sonra bir çox antibiotiklərin toksik təsiri kəskin şəkildə artır.
Əgər siz daimi olaraq hər hansı digər dərman preparatı da qəbul edirsinizsə, bu haqda mütləq həkiminizə məlumat verin. Antibiotiklərin bir sıra dərmanlarla eyni vaxtda qəbul edilməsi bəzən onların təsirinin azalmasına, bəzən isə toksik təsirlərinin artmasına səbəb ola bilər.
Beləliklə, antibiotikləri yalnız həkim təyinatı üzrə, onun dozasını və müddətini artırmadan qəbul etdikdə (savadlı həkim onları yalnız vacib olduqda təyin edir) əksər hallarda heç bir zərər vermir. Lakin bir sıra xəstəliklər və vəziyyətlər var ki, bu hallarda antibiotiklərdən istifadə olunması insan üçün təhlükəli ola bilər.
Bu xəstəliklər və vəziyyətlər hansılardır?
- Hamiləlik. Əksər antibiotiklərin inkaşafda olan dölə mənfi təsir etməsi səbəbindən, hamiləlik zamanı onların tətbiq edilməsi mütləq əks-göstəriş hesab edilir. Hamiləlik zamanı antibiotiklərdən istifadə edilməsi, hamiləliyin ilk 3 ayı ərzində maksimal dərəcədə təhlükəli hesab olunur! Doğulmayan uşaq (ümumiyyətlə isə bütün uşaqlar) üçün tetrasiklin, doksisiklin, levomisetin və digər antibiotiklər xüsusilə zərərlidir.
Bəzi hallarda, hamiləlik vaxtı antibiotiklərdən istifadə olunmasına qoyulan qadağanı pozmaq lazım gəlir. Məsələn, ananın orqanizmində həm onun, həm də uşağın həyatının təhlükədə olduğu pnevmoniyanın və ya digər təhlükəli xəstəliyin inkişaf etməsi zamanı. Belə hallarda həkimlər, dölə ən az toksik təsir göstərə bilən, antibiotiki seçirlər.
- Uşaq əmizdirilməsi - antibiotikdən istifadə edilməsinə nisbi əks-göstəriş hesab edilir. Bilavasitə doğuşdan sonra və ya ondan bir qədər sonra antibiotiklərdən istifadə edilməsi - tez-tez rast gəlinən haldır. Bunun səbəbi doğuşdan sonra müxtəlif infeksion fəsadların baş verməsidir. Məlumdur ki, bir çox antibiotiklər aktiv şəkildə ana südünə keçərək, onun tərkibində uşaq üçün təhlükəli olan miqdarda toplanırlar. Ona görə də, uşağın əmizdirilməsi dövründə, anaya antibiotiklərin təyin edilməsi vacib olarsa, bu zaman, müalicə müddəti ərzində uşağın ana südü ilə əmizdirilməsini dayandırmaq lazımdır. Əmizdirmədən imtina edilməsini, müalicə başa çatdırıldıqdan sonra daha 2-3 gün ərzində də davam etdirmək lazımdır, çünki, bir sıra antibiotiklər orqanizmdə yığılaraq, onların qəbulu başa çatdıqdan sonra, yalnız bir neçə gün ərzində orqanizmdən tam şəkildə çıxarılmış olurlar.
- Uşaq yaşlarında. Uşaqlarda antibiotiklərin yalnız müəyyən qrupları istifadə edilə bilər. Penisillin, sefalosporinlər, makrolid qrupundan olan antibiotiklər uşaq orqanizmi tərəfindən daha asanlıqla tab gətirilə bilən preparatlar hesab olunur. Uşaqlarda güclü antibiotiklərdən istifadə edilməsi yalnız, daha təhlükəsiz antibiotiklərlə müalicə effekt vermədiyi halda tətbiq edilə bilər. İstənilən halda, xüsusən də uşaqlarda, hər hansı bir  antibiotikin təyin edilməsi üzrə seçim yalnız həkim tərəfindən edilə bilər.
- Böyrək  və qara ciyər çatışmazlığı olan xəstələr. Antibiotikləri təyin etməzdən qabaq böyrəklərin və qara ciyərin vəziyyətini yoxlamaq vacib hesab edilir. Məhz bu orqanlar, antibiotikləri aktiv şəkildə toplayaraq emal etdikləri üçün, onların təsirindən də ən çox "əziyyət çəkirlər". Antibiotiklərin qəbul edilməsi xroniki böyrək və qara ciyər xəstəliyindən əziyyət çəkənlərin vəziyyətini daha da ağırlaşdıra bilər. Ona görə də antibiotiklərdən istifadə edilməsi üçün, böyrəklərin və qara ciyərin kəskin və xroniki xəstəlikləri (pielonefrit, qlomerulonefrit, hepatit), həmçinin böyrək və qara ciyər çatışmazlıqları əks-göstəriş hesab edilir. Belə xəstəlik hallarında toksik təsiri aşağı olan antibiotiklərdən (penisillin, sefalosporinlər) istifadə edilməsi daha məqsədəuyğun hesab edilir.
- Allergiyadan (növündən asılı olmayaraq) əziyyət çəkən insanlar. Antibiotiklər - allergik reaksiya verə bilən dərmanlardan biridir. Allegiya yüngül halda bədəndə müəyyən miqdarda səpgilərin əmələ gəlməsi, ağır halda isə, vaxtında düzgün və dəqiq tibbi yardım göstərilməməsi nəticəsində, xəstənin ölümü ilə nəticələnə bilən anafilaktik şok (ani güclü allergik reaksiya) şəklində meydana çıxa bilər. Məhz buna görə həkim qəbulunda olarkən, sizdə allergiyaya meylliliyin olması, həmçinin nə vaxtsa,  hər hansı antibiotiklərə qarşı allergiyanın baş verməsi hadisəsi barədə həkimə mütləq  məlumat vermək lazımdır. Həmin antibiotiklərin adını yadda saxlayaraq həkimi bu barədə xəbərdar etmək zəruridir. Qeyd etmək lazımdır ki, antibiotiklərə qarşı allergik reaksiyanın olması allergiyaya meylli olmayan adamlarda da (əlbətdə ki, allergiyalılara nisbətən daha nadir hallarda) baş verə bilər. Bu isə həmin preparata qarşı fərdi dözümsüzlüyün olması ilə izah olunur.
Bir daha yadda saxlayın - pis dərman olmur. Sadəcə olaraq, bəzi hallarda təcrübəsiz həkimlər, bəzən isə özünə "arxayın" olan xəstələr bu dərmanları "yersiz" olaraq təyin edirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1427   Tarix: 02 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. .  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı"

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

.

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Alimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər

.

Çox təhlükəli VİRUS: Yeni karantin qapıda

İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir. xəbər verir ki, Böyük Britaniyanı

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Qatıq istehlakının faydası yalnız onun tərkibindən deyil, həm də nə vaxt yeyildiyindən asılıdır. Araşdırmalar göstərir ki, düzgün zamanda yeyilən qatıq həzmdən enerjiyə qədər bədəndə mühüm fərqlər yaradır.  xəbər verir ki

.

Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT

Ürək damarlarının daralması və ya tıxanması (ateroskleroz) müasir dövrdə ən geniş yayılmış problemlərdən biridir. Bu vəziyyət qanda xolesterinin yüksəlməsi və damar divarlarında yığılması nəticəsində yaranır. xəbər veri

turlar.az

qis geyimləri 2026 hamiləlik geyim şəkilləri qadın kostyumları vetene aid bayatılar yaz yay 2026 veten haqqinda bayati kosmetika veten haqqinda bayatilar bakire mekteb azerbaycanli is adami amerikada gullelendi hakista sozler