Antibiotiklərin məhv etdiyi bağırsağı necə bərpa etməli? - Koronavirus xəstələri üçün

Antibiotiklərin məhv etdiyi bağırsağı necə bərpa etməli? - Koronavirus xəstələri üçünKoronavirus zamanı bəzən lazım oldu-olmadı, bəzən də həqiqətən yerində istifadə edilən güclü antibiotik terapiya xəstələrin bağırsaq mikroflorasını və mikrobiotunu tamamilə pozur.
Mikroflora bağırsağın daxili bakterial florasıdır. Onun çəkisi təxminən 3 kiloqramdır. Yəni bizim bağırsaqlarımızda 2-3 kq bakteriya ordusu var.
Antibiotiklər qəbul edilən gündən bağırsaqda olan faydalı, lazımi bakteriyaları, mikrobiomları da öldürür, üstəlik orqanizmdə öldürülən bakteriya və virus qalıqların da çoxu bağırsaqlara toplanır.
Bağırsaqlar toksinləşir, orda zərərli mikrob və bakteriyalar artır, güclənir və xəstə daha da halsızlaşır.
Milli.Az təkcə korona yox, bütün antibiotiklə müalicə olunan xəstəliklərdən sonra bağırsaq mikroflorasını bərpa etməyin üsullarını təqdim edir.
Mikroflora pozulması bizim həkimlər tərəfindən disbakterioz adlandırılır.
Əlamətləri:
- İshal, diareya
- Nəcisin yaşıl, boz, duru olması
- Kəskin qoxu
- Qarında ağrı, sancı, istilik
- Köp, qıcqırma
- İştahsızlıq
- Gündə 3-4 dəfə tualetə getmə
- Həzmin pozulması
- Dəridə qaşınma
- İştahsızlıq
- Mədədə ağrı
- Arıqlama
- Yuxu pozulması
- Halsızlıq
Dərman terapiyası
Kəskin disbakteriozda nəcisin ümumi və əkilmə analizi verilir, əgər bağırsaqlarda zərərli patogen mikroblar, bakteriyalar çoxdursa, bunun üçün xüsusi antibiotik qəbul etmək lazım gələcək. Bu adi antibiotik yox, məhz bağırsaq üçün olan dərmandır.
Bu dərmanı özbaşına, həkimsiz içmək olmaz.
- Yüngül, orta halda və ya ağır formada zərərli bakteriyaları xüsusi dərmanla yox etdikdən sonra bağırsağa faydalı mikroorqanizmlər yerləşdirmək üçün prebiotik və probiotiklər, eləcə də son zamanların yeni kəşfi simbiotiklər təyin olunur. Hazırda bu cür prerapatlar çoxdur və bunları ən azı 1-2 ay qəbul etmək lazımdır
- Mədəaltı vəzə və mədəyə dəstək üçün ferment tabletlər - məsələn Mezim, Festal və s.
- Qidalanmadan daha çox evdə duza qoyulmuş kələm suyu, çox yağlı olmayan ətin sümüklərindən bulyon, kəsmik, düyü həlimi, qatıq, kefir, yoqurt, tərəvəz şorbası, bişmiş kök, çuğundur, kətan toxumu, yulaf sıyığı, yağsız düyü yeyilməlidir.
- Bağırsağı qıcıqlandıran qidalar, süni qidalar, qazlı içki, soyuq su, qızardılmış yeməklər, köp və qıcqırmanı artıran qidalar olmaz
- Hər gün 2 litr təmiz, ilıq su içmək. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1375   Tarix: 11 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadin sayti donlar 2026 qadın geyimi ailə psixoloqiyası kakoslu paxlava hazirlanmasi meyvələrin faydası bilik haqqinda atalar sozu kosmetika novruza aid hakistalar itburnu arxadan olmag google vətən haqqında bayatı