Antiperspirantlardan istifadə edənlər MÜTLƏQ OXUYUN

Antiperspirantlardan istifadə edənlər MÜTLƏQ OXUYUNİsti havadada antiperspirantların istifadəsi xüsusilə aktualdır. Antiperspirantların sayəsində biz özümüzü daha rahat və sərbəst hiss edə bilirik. Lakin...
1. Mütəxəssislər tez-tez antipersirantların ziyanları haqqında danışır. Antiperspirantları hətta süd vəzi xərçənginin inkişafında günahlandırırlar.
Almaniya və İngiltərə alimlərinin fikirinə görə, antiperspirantlardan süi-istifadə edən qadınlarda süd vəzi xərçənginin riski artmış olur. Məsələ burasındadır ki, sprey-dezorantlardan fərqli olaraq antiperspirantların tərkibində alluminium və sink istifadə olunur. Bu maddələr tər vəzilərini bağlayır ki, nəticədə tərin ifrazı dayanır.
Mütəxəssislərin müşahidələrinə görə, allüminium və sink maddələri toxumalarda yığılmaq xüsusiyyətinə malikdir. Alimlərin fikirinə görə, bu da xərçəngin inkişafına səbəb ola bilər. Alimlər süd vəzi xərçəngindən əziyyət çəkən qadınların süd vəzilərinin toxumalarının analizini etdikdə bu toxumalarda allüminiumun sağlam qadınlarla müqayisədə artıq miqdarda olduğunu aşkar ediblər. Alimlər bu araşdırmaları davam etdirməyi planlaşdırır.
2. Antiperspirantlar çox ciddi allergik reaksiyalara səbəb ola bilər. Dəriniz səpibsə və qaşınmağa başlayıbsa, antiperspirantdan dərhal imtina edin.
3. Antiperspirantların digər təhlükəsi hidradenit xəstəliyidir. Bu xəstəlik zamanı qapanmış tər vəzisi iltihablaşır, orada irin yığılır.
Zədələnmiş sahədə əvvəl kiçik düyün (və ya düyünlər) əmələ gəlir, dəri qaşınır, qızarır. Bir neçə gün ərzində düyünlər böyüyür, daha ağrılı olur, irinli proses başlayır. Xəstənin hərarəti qalxır, halsızlıq, zəiflik, baş ağrısı inkişaf edir, zədələnmiş nahiyədə güclü ağrı hiss olunur. Müalicəsiz buraxılmış bu xəstəlik ağır fəsadlar verə bilər (infeksiyanın daha dərin yayılması, hətta sepsis - mikrobların qan axını ilə bütün orqanizm boyu yaılması).
Bu səbəbdən hidradenitin ilk simptomlarında dermatoloqa və ya cərraha müraciət etmək lazımdır. Hidradenitin müalicəsinə xəstəliyin erkən mərhələlərində başlanmalıdır. Hidradenitin müalicəsində antibiotiklərdən istifadə olunur. Həmçinin zədələnmiş sahə tez-tez antiseptik məhlullarla təmizlənməlidir. Bir çox hallarda cərrahi müalicə tətbiq olunur - irinlik yarılır, irın çıxarılır.
4. Tərləmə orqanizmin müdafiə reaksiyasıdır ki, orqanizmdə istinin mübadiləsini təmin edir. İsti havada tər dərini soyudur və bu da bədənimizin normal hərarətinin saxlanmasına kömək edir. Bu təbii prosesə olan müdaxilə çox ziyanlıdır və hətta istivurmaya səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər isti havada və idman məşqləri zamanı antiperspirantdan istifadə etməyi tövsiyə etmirlər.
Alimlər ümumiyyətlə antiperspirantlardan yalnız çox zəruri hallarda istifadə etməyi, digər hallarda tərlə mübarizədə təbii üsullardan (soda, zəy və s.) istifadə etməyi tövsiyə edirlər.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1862   Tarix: 05 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

kosmetoloq yaz geyimleri 2026 qaşların formalari cizgi filmi bagirsaqlari temizlemek ucun bu ilin cantalari ayaq dirnaqlara qulluq kosmetika veten haqqinda bayatilar şirin qoğal kokelmek oglaq xerçeng